Qırmızı.az
Paytaxtda daha bir sürücü özbaşınalığı – FOTO, VİDEO
Paytaxtda daha bir sürücü özbaşınalığı baş verib.
Publika.az xəbər verir ki, “Şəhidlər Xiyabanı – 7-ci mikrorayon” istiqamətində hərəkət edən 13 saylı “90 XC 377” dövlət seriyalı sərnişin avtobusunun sürücüsü xəttə çıxarkən bir sıra qanunsuzluqlar törədir.
Publika.az xəbər verir ki, avtobusun maqnitofonunun səsini ən yüksək səviyyəyə qaldıran sürücü bununla qaydaları pozur, üstəlik, sükan arxasında uzun-uzadı mobil telefonla danışır. Sürücü növbəti belə özbaşınalığı dünən saat 16:30 radələrində edib. Şəhidlər Xiyabanından metronun “Elmlər Akademiyası” istiqamətinə hərəkət edən avtobusda maqnitofonun səsindən ağız deyəni qulaq eşitməyib. Sürücü musiqinin səsini artıraraq, bununla bir daha qanunsuzluğa yol verib. Üstəlik, yolboyu mobil telefonla söhbət edib.
Qeyd edək ki, qanunda bu cür özbaşınalığa görə müvafiq cəzalar müəyyən olunub. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a bildirib ki, şəhərdaxili ictimai nəqliyyatda sürücülərin maqnitofonlardan istifadə etməsi qadağandır: “Ümumiyyətlə, bu cihazlar şəhərdaxili avtobuslarda olmamalıdır. Sərnişindaşıma və yol hərəkəti qaydalarında qeyd olunub ki, avtobuslarda maqnitofonlar olmamalıdır. Yalnız sürücülər sərnişinlərə dayanacaqların yerini elan etməsi, məlumat çatdırması, onlarla ünsiyyəti üçün səsgücləndirici vasitələrdən istifadə edə bilər. İnzibati Xətalar Məcəlləsinin 150-2.1.6 maddəsinə əsasən, bunun cəriməsi 40 manatdan 50 manata qədərdir”.
O ki qaldı sürücünün sükan arxasında mobil telefondan istifadə etməsinə, bu da qanunla yasaq edilib: “Sürücünün sükan arxasında mobil telefondan istifadə etməsinə görə 50 manat cərimə müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinin 155.6-cı maddəsinə görə, sürücü cərimə edilməlidir. Sürücü maqnitofondan və mobil telefondan istifadə etməklə, eyni zamanda, iki inzibati xəta törədib. Həmin sürücü barəsində cərimə cəzası ilə yanaşı, təşkilati tədbir, yəni intizam tədbiri də həyata keçirilməli, o, işdən kənarlaşdırılmalıdır. Ən azından o, nəzarətə götürülməli, özünə elan olunmalıdır ki, növbəti dəfə belə özbaşınalıq etsən, işdən qovulacaqsan. Üstəgəl, sürücünün tabe olduğu şirkəti də nəzarətə götürmək lazımdır. Məsələ yalnız sürücünün telefonla danışdığına görə 50 manat cərimə edilməsi ilə yekunlaşmır. Deməli, həmin şirkət öz əməkdaşları ilə yaxşı işləmir”.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov isə Publika.az-a açıqlamasında həmin sürücü haqqında müvafiq tədbirlərin görüləcəyini bildirib.
Anar Tağıyev
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"