Qırmızı.az
Bərdə küləyin cəngində - İH fəsadları aradan qaldırır
Ötən gündən başlayaraq Bərdə rayonunda əsən güclü külək rayonun böyük hissəsini işıqsız qoyub. Hadisə nəticəsində elektrik naqillərinə ziyan dəyib. Ağaclar yollara aşıb, fərdi evlərə ziyan dəyib.
Bərdə Rayon İcra Hakimiyyətinin birinci müavini Vahid Qarayevin Publika.az-a verdiyi məlumata görə, hazırda rayonun fövqəladə hallar komissiyasının üzvləri ərazidədirlər:
“Mən özüm də ərazidəyəm. Güclü küləyin aşırdığı ağacları doğrayıb yollardan təmizləməyə çalışırıq. Aşan işıq dirəkləri bərpa olunur. İşığın verilişini hələ bərpa etmək mümkün deyil, özümüz dayandırmışıq ki, həmin ərazilərdə işləmək mümkün olsun. Amma külək bir az zəifləyib. Dirəklər bərpa olunandan sonra işığı da verəcəyik”.
Dəyən ziyana gəlincə, V. Qarayev bildirdi ki, hazırda vurulan ziyan hesablandığından dəqiq rəqəm demək mümkün deyil: “Külək təkcə rayon mərkəzində dağıntılar törətməyib. Elə kəndlərimiz var ki, orada da işıq dirəkləri, telefon dirəkləri aşıb. Onları da müəyyən edib aradan qaldırmaq lazımdır. Tərtər yolunda 10 000 voltluq işıq dirəyi elə mənim gözümün qabağında aşdı. Hazırda iş gedir, tezliklə küləyin fəsadlarını aradan qaldıracağıq”.
Qeyd edək ki, ötən gündən başlayaraq Bərdə rayonunda güclü külək əsməyə başlayıb və səhər saatlarından başlayaraq daha da güclənib. Hadisə nəticəsində elektrik naqillərinə ziyan dəyib. Rayona elektrik enerjisinin verilişi dayandırılıb. Səhər saatlarında isə rayonun bir hissəsinə enerji verilişi bərpa olunub. Bərdənin böyük bir hissəsi işıqsız qalıb, rayona ciddi ziyan dəyib.
Gülnar Əliyeva
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi