Sabunçuda ictimai iaşə evində yanğın
Bizi izləyin

Qırmızı.az

Sabunçuda ictimai iaşə evində yanğın

Bakıda ictimai iaşə evində yanğın baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m hal-hazırda sökülməkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.

İctimai iaşə evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanan binanın əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm