Qırmızı.az
Nazirlik: “Sahibsiz heyvanlarda quduzluğun qarşısı alınacaq”
Ölkəmizdə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında başlanan oral peyvəndləmə tədbiri yekunlaşıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, eləcə də Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə icra edilib.
50 min doza miqdarında olan quduzluq əleyhinə vaksin
yerləşdirilmiş aldadıcı yemlər (primanka) meşə və meşəətrafı
ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50
metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə
atılıb.
Bununla yanaşı, Dövlət Xidməti sahibli və qeydiyyatda olan itlərin də peyvəndləmə tədbirlərini davam etdirir. Bu ilin 3 ayı ərzində 196761 baş itdə bu tədbir həyata keçirilib.
Xidmətdən verilən məlumata görə, aparılan vaksinasiya tədbiri vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaradacaq və xəstəliyin qarşısı alınacaq.
“Hazırda qudzluq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi tədbirlər həyata keçirir”.
-
Magazin120 May 23:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region20 May 22:00
Türkiyədə matəm elan edildi
-
Region20 May 21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120 May 20:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20 May 20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 20 May 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region20 May 18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region20 May 18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT