Çexiya Respublikasının səfiri Gəncədə
Bizi izləyin

Qırmızı.az

Çexiya Respublikasının səfiri Gəncədə

Bu gün Çexiya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivanko Gəncəyə rəsmi səfərə gəlib.

Publika.az-ın məlumatına görə, o, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüş zamanı İcra Hakimiyyətinin başçısı səfirə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, qədim və zəngin mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycan-Çexiya əlaqələrinin gündən-günə möhkəmlənməsinin, dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin hər iki ölkəyə layiqli töhfələr verdiyini vurğulayıb.

Çexiya səfiri bu görüşdən məmnunluq duyduğunu bildirməklə, Azərbaycan-Çexiya əməkdaşlığının tarixi əhəmiyyətindən, gələcək perspektivlərindən, Gəncə ilə Çexiyanın Olomouç şəhərləri arasında genişlənən işgüzar münasibətlərdən danışıb.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Vitezslav Pivankoa xatirə hədiyyələri təqdim edib.

Bu gün səfir Gəncənin qədim və tarixi abidələri ilə tanış olacaq. O, Nizami Gəncəvi Məqbərəsini ziyarət edəcək, Nizami Muzeyində, Heydər Əliyev Mərkəzində və Park- Kompleksində, Qala qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyində, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzində olacaq.

Süsən Tağıyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm