Qırmızı.az
Ermənilərin Bakı konserti ləğv olundu?
Rusiyanın erməni əsilli şəxslər tərəfindən yaradılmış və idarə olunan Comedy Club Production şirkətinin “Comedy Woman” truppasının mayın 23-də Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib.
Publika.az oxu.az-a istinadən xəbər verir ki,
hazırda Facebook sosial şəbəkəsində konsertə həsr olunmuş xüsusi
səhifə işləmir.
Təşkilatçı qismində çıxış edən 33 Event şirkəti isə “Comedy
Woman”-ın Bakı konsertinə aid bütün afişaları öz Facebook
səhifəsindən yığışdırıb.
Bundan başqa, bir müddət əvvəl həmin konsertə bilet satan
saytlara daxil olarkən həmin səhifə açılmır və saytın əsas
səhifəsinə qayıdır.
Məsələ ilə bağlı əlaqə saxladığımız digər mənbələr də konsertin
ləğv olunduğunu təsdiqlədilər.
Qeyd edək ki, erməni truppası “Comedy Woman”-ın Bakı konsertinin
keçirilməsinə Oxu.Az vasitəsilə “Planeta Parni iz Baku” teatrının
rəhbəri Tahir İmanov etiraz etmişdi.
T.İmanov bildirmişdi ki, “Comedy Woman” erməni layihəsidir, ona
ermənilər rəhbərlik edir.
“Mən artıq bildirdim ki, onlar ermənidirlər və burada artıq
məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur: burada pullar
qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə
azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul
qazanan hər bir erməni, istədi-istəmədi, vətənə pul
göndərir.
Bizim 20% torpağımız elə həmin ermənilər tərəfindən işğal
edilib. Niyə hamı susur? Hamı haradadır?
Mən başa düşə bilmirəm, niyə insanlar bu konsertlərə bilet
alırlar? Onlar nə vaxt ayılacaqlar? Bizdə əsl müharibə gedir”, -
Tahir İmanov deyir.
Öz növbəmizdə qeyd edək ki, “Comedy Woman”ın rəhbəri olan
Nataliya Yeprikyan “Comedy Club Production”ın qrupuna
daxildir.
Rusiyanın “Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı “Noviye Armyane” ŞHK komandası daxildir.
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar