Qırmızı.az
ATV-nin baş redaktoru: “Yalandır”
Azad Azərbaycan Telekanalının (ATV) xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu telekanalda kütləvi ixtisarlarla bağlı açıqlama verib.
Baş redaktorun Publika.az-a verdiyi məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil: “10 aprel 2015-ci il, səhər saatlarından başlayaraq şirkətimizin elektron ünvanlarına müxtəlif mənbələrdən yerli saytlara istinadən yayılmış xəbərlə bağlı suallar daxil olur. Məsələ ilə bağlı məlumatı yayan saytlardakı həmkarlarımıza istnad etdiyi mənbəyə müraciət etməyi məsləhət bilirik. Əgər saytlar “mənbə”dən məlumatı əldə etdikdən sonra informasiyanı dəqiqləşdirmək üçün ATV-yə müraciət etmədən bu xəbəri dərc edibsə, bu məlumatın dəqiqləşdirilməsi məsuliyyəti də sözügedən mənbənin və saytların üzərinə düşür. Öz növbəmizdə, həmkarlarımızı dəqiqləşdirilməmiş məlumatları yerləşdirmədən öncə qanunvericiliyin normalarını və fəaliyyətdə olan bu və ya digər təşkilatın ictimai nüfuzuna vura biləcəkləri zərbənin nəticələrini nəzərə almağa çağırırıq. Bir daha diqqətə çatdırırıq ki, bilərəkdən şişirdilmiş formada yayılmış bu informasiyanın heç bir əsası yoxdur”.
Qeyd edək ki, bu gün bəzi saytlar ATV-də kütləvi ixtisarların
olduğu və 100-ə yaxın işçinin məcburi şəkildə ərizə yazdırılaraq
ixtisar edilməsilə bağlı xəbər yayıb. İxtisar olunanların
əksəriyyətinin isə qadınlar olduğu bildirilirdi. Yayılan məlumatda
həmçinin kanalın İstanbul və Moskva nümayəndəliyinin ləğv edildiyi,
oradakı müxbirlərinsə işinə xitam verildiyi xəbər
verilmişdi.
Gülnar Əliyeva
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO