Kirayədə qaldığı evin sahibəsini və nəvəsini əvvəlcə döydü, sonra soydu
Bizi izləyin

Qırmızı.az

Kirayədə qaldığı evin sahibəsini və nəvəsini əvvəlcə döydü, sonra soydu

Gəncə sakini evində kirayədə qaldığı ev sahibini və onun nəvəsini döyərək qarət edib.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə aprelin 14-də baş verib.

Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Məlikov şəhər ərazisində kirayədə yaşadığı mənzildə, oranın sahibi Güllü Hüseynovanı və nəvəsi Zərifə Bayramovanı döyüb, Zərifənin qızıl boyunbağını alaraq hadisə yerini tərk edib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məlikov tutulub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm