Qırmızı.az
Nazirlər Kabinetində geniş müşavirə keçirilib
Fevralın 21-də Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiq edilməsi məsələsinə dair geniş müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Əli Əhmədov son illər ölkə
iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar əhalinin sosial
vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm
tədbirlərin həyata keçirildiyini demişdir. Bildirilmişdir ki,
əhaliyə səhiyyə xidmətinin daha da yüksəldilməsi, səhiyyə
infrastrukturunun keyfiyyətcə yeniləşdirilməsi, tibbi kadrların
hazırlanması və s. istiqamətlərdə əldə olunan nailiyyətlər
islahatların yeni mərhələdə davam etdirilməsini zəruri edir.
Daha sonra ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu məsələlər
ətrafında müzakirələr olmuşdur. Müzakirələrdə çıxış edən səhiyyə
naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, ədliyyə
naziri Fikrət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman
Mehdiyev və digər müvafiq qurumların məsul şəxsləri "Tibbi sığorta
haqqında" Azərbaycan Respublikasının Qanununun müəyyənləşdirdiyi
vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərdən
danışmışlar.
Geniş fikir mübadiləsindən sonra müşavirəyə yekun vuran Baş nazirin
müavini Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf
etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiq edilməsi
sahəsində işlərin daha da sürətləndirilməsinin zəruri olduğunu
vurğulayaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar
vermişdir.
Müşavirədə müzakirə olunan məsələ ilə əlaqədar təkliflər nəzərə
alınmaqla xüsusi işçi qrupunun yaradılması qərara alınmışdır.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ