Qırmızı.az
FHN yaşayış binasında baş verən yanğınla bağlı məlumat yaydı
Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb. Anspress-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yanğın haqqında məlumat saat
13:52-də daxil olub. Xidmətin qərargah rəisi bildirib ki, yanğın
6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində
baş verib:
“Yanğının mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri
aparılan araşdırmalardan sonra məlum olacaq”.
Qeyd edək ki, bu gün günorta saatlarında Səbail
rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsində, Bakı Univermağının
yanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın
başlayıb.
Hadisə yerinə 16 yanğınsöndürən maşın cəlb olunub.
Hadisə zamanı ərazidə böyük tıxac yaranıb. Dərhal hadisə yerinə
Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin,
eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi