Qırmızı.az
Məktəblilər yol qəzalarından belə qorunacaq
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə birgə ölkəmizdə ilk dəfə “Qaranlıqda görün” şüarı altında Bakı şəhəri Nəsimi rayonunda yerləşən orta məktəblərdə tədbir keçirib.
Publika.Az-ın verdiyi xəbərə görə tədbir “İşıqlı həyat” sosial yönümlü layihə çərçivəsində həyata keçirilir.
Azərbaycanda ilk dəfə böyük və yeni sosial layihə olan “İşıqlı həyat”ın əsas məqsədi - Azərbaycan əhalisinin, xüsusən yeniyetmə və gənclərin gecə saatlarında yol təhlükəsizliyini təmin etmək, ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı baş verə biləcək ölüm faktlarının qarşısını almaqdır.
Tədbirdə layihənin əhəmiyyətliliyindən bəhs edilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirdə xüsusi olaraq hazırlanmış işıqqaytarıcıların paytaxtın orta və ali məktəblərində təmənnasız olaraq paylanacağı bildirilib.
Tədbirin sonunda məktəb şagirdlərinə işıqqaytarıcılar paylanılıb.
Qeyd edək ki, “İşıqlı həyat”a qoşulan hər kəs xüsusi işıqqaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.
Publika.Az
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi