Qırmızı.az
Rumıniya mətbuatında Xocalı faciəsinə həsr olunan məqalə dərc olunub
Səfirliyin təşəbbüsü ilə fevralın 24-də Rumıniyada geniş oxucu kütləsinə malik, bu ölkənin aparıcı qəzetlərindən olan "Romania Libera" (Azad Rumınya) qəzetində Xocalı facisəinin 22-ci ildönümünə həsr olunan "Xocalıya ədalət, Qarabağa azadlıq" başlıqlı məqalə dərc olunmuş, internet səhifəsində isə eyni adlı məlumat (http: //www.romanialibera.ro/opinii/comentarii/dreptate-pentru-khojali-libertate-pentru-karabakh-326900.html#top_articol) yerləşdirilmişdir.
Azərbaycanın Rumıniyadakı Səfirliyindən Trend-ə verilən məlumata
görə, məqalədə erməni silahlı qüvvələri tərəfindən Xocalıda
törədilən amansız qətliamın bəşəriyyət tarixində insanlıq əleyhinə
olan təkrarsız soyqırım aktı olduğu, Xocalıda yaşayan dinc
sakinlərin kütləvi şəkildə öldürüldüyü, yaralandığı, əlil olduğu və
itkin düşdüyü göstərilir. Həmçinin, Xocalı hadisəsinin 2-ci Dünya
Müharibəsi zamanı faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi
qırğınlar və Srebreniçada müsəlmanların kütləvi şəkildə öldürülməsi
cinayəti ilə müqayisə olunduğu qeyd olunur.
Məqalədə həmçinin, hazırda İnterpolun xətti ilə barəsində
beynəlxalq axtarış elan olunan Zori Balayanın 1996-cı ildə nəşr
olunan "Ruhumuzun canlanması" adlı əsərindən özünü yazdığı
qeyri-insani hissləri ifadə edən sitatlar, həmçinin əsərdə onun
Xocalı soyqırımına haqq qazandırdığı və bu şəhərdə azərbaycanlılara
qarşı soyqırım həyata keçirildiyini fəxrlə etiraf etdiyi, Beyrutda
yaşayan erməni jurnalisti Davud Xeyriyyanın 2000-ci ildə qələmə
aldığı "Xaç naminə" kitabında ermənilər tərəfindən Xocalıda
törədilən misli görünməmiş vəhşiliklər barədə yazdığı əks
olunur.
Eyni zamanda məqalədə bildirilir ki, Ermənistan prezidenti Serj
Sarkisyan səsləndirdiyi bəyanatda özü etiraf edərək deyib ki,
"Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə
zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər
dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri
sındırmaq lazım idi. Belə də alındı. Biz onsuz da bunu vaxtaşırı
olaraq edirik. Lazım gəlsə, yenə də edərik".
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ