"Xocalını unutma” adlı aksiya keçirilib
Bizi izləyin

Qırmızı.az

"Xocalını unutma” adlı aksiya keçirilib

“İrəli” İctimai Birliyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 22-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.

Birliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə,Xocalı faciəsinin 22-ci il dönümü ilə əlaqədar “Xocalını unutma” adlı aksiya həyata keçirilib.

Aksiya çərçivəsində “İrəli” üzvləri tərəfindən “Xocalı haqda 20 fakt” məlumatlandırıcı bukletlər və “Xocalı faciəsini unutmuruq” yazılı lentlər şəhər sakinlərinə paylanılıb. Aksiyanın məqsədi paytaxt sakinlərinə tarix boyu erməni millətçilərinin xalqımıza qarşı törətdikləri ağır cinayətlər haqqında məlumat verməkdən ibarət olub.

Həmçinin “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, mərkəz və klub rəhbərləri, fəallar faciənin 22-ci ildönümü ilə əlaqədar Xocalı abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb və soyqırım qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm