Qırmızı.az
Təhsil şöbəsinin müdirinin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Quba rayon Təhsil şöbəsinin müdiri Süleyman Aslanovun qanunsuz hərəkətlərə yol verməsi faktlarına görə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Prokurorluğun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, aparılmış istintaqla S.Aslanovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta diplomlar əsasında Quba rayon sakinlərinin rayonun orta və tam orta məktəblərinə müəllim təyin edilməsinə nail olmaqla həmin şəxslər tərəfindən keyfiyyətsiz tədris aparılmasında, həmçinin dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi üçün ayrılmış 103 min 455 manat məbləğində vəsaitin əmək haqqı kimi onlara qanunsuz olaraq verilməsinə şərait yaradaraq təhsil sistemini nufuzdan salan hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğu müəyyənləşdirilib. O, iş üzrə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Publika.Az
-
İdman02:43
Messi tanınmış brendi reklam etdi: axtardığımı tapdım - FOTO
-
Sağlamlıq02:19
Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər
-
Qoroskop00:35
Günün qoroskopu: mühüm işə və ciddi danışıqlara başlamayın
-
Kriminal24 May 23:37
9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama
-
Magazin124 May 23:13
Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə REAKSİYA
-
Nida Xəbər 24 May 23:00
Paşinyan açıqladı: Bu gündən etibarən....
-
Elm və təhsil24 May 22:00
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB
-
Magazin124 May 21:20
Bu sual Əməkdar artisti efirdə göz yaşına boğdu - VİDEO