Qırmızı.az
Son günlər Azərbaycanda intensiv zəlzələlərin baş verməsinə aydınlıq gətirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkə ərazisində baş verən son zəlzələlərə münasibət bildirib.
İnterAz-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Q.Yetirmişli bildirib ki, fevralın 10-da Hacıqabulda baş verən zəlzələ güclü idi. Həmin zəlzələ ölkənin bütün ərazilərində hiss olunmuşdu: "Bunun nəticəsi olaraq gərginlik toplanan digər zəlzələ ocaqlarını oyatmışdı. Lerikdə bu gün baş vermiş zəlzələ də bizim illər boyu Talış zonasında müşahidə etdiyimiz dərinlik qırılması ilə əlaqədar Astara-Lənkəran arası zəlzələ ocaqlarında təkanla bağlı idi. Maqnitudası 4 olan bu zəlzələnin dərinliyi 30 km-dən çox olduğuna görə fəsadlar törətməyib. Həmin ocaqda günortaya kimi 4-5 afterşoklar olub. Artıq həmin yerdə seysmoloji aktivlik fon səviyyəsinə düşür".
O, deyib ki, digər ərazilərdə seysmoloj aktivlik fon səviyyəsindədir. Ancaq bu, o demək deyil ki, zəlzələlər baş verməyəcək.
Mərkəzin baş direktoru belə təkanların baş verməsini çox normal sayıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi