İTV-nin 5 aparıcısı işdən çıxarıldı
Bizi izləyin

Qırmızı.az

İTV-nin 5 aparıcısı işdən çıxarıldı

İTV-nin 5 aparıcısı işdən çıxarıldı

İctimai Televiziyanın daha beş əməkdaşı işdən azad olunub. AzNews.az-a daxil olan məlumata görə, onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır.

İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub:

1. Tamella Şirinova – aparıcı

2. Səlminə Ələkbərli – aparıcı

3. Şakir Qurbanov – radio aparıcı

AzNews.az-ın əməkdaşı işdən çıxarılanlarla əlaqə saxlayıb. Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: “İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq”.

Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: “Artıq bu gündən İTV-yə işə çıxmıram”.

İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib etdi: “Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar”.

“Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar” sualına isə belə cavab verib: “Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır”.

Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm