Qırmızı.az
Paytaxtda daha bir ev fırıldaqçısı tutuldu
"Ayla" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aparılmış
istintaqla MTK-nın təsisçisi Əli Abışovun vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək kooperativin baş mühasibi
Əhliman Verdiyevlə birgə kooperativin Suraxanı
rayonu ərazisində inşa etdiyi yaşayış binasının 37 sakinindən
binaya təbii qazın verilməsini, həmçinin mənzillərə mülkiyyət
hüququna dair sənədlərin alınmasını vəd edib aldadaraq toplanmış 77
min 595 manat məbləğində pul vəsaitinin 60 min 297 manatını ələ
keçirib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır
nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar
olduğundan Əli Abışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və
308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində
nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Əhliman
Verdiyevə isə həmin məcəllənin 32.5, 178.3.2-ci maddələrində
nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı
olmayan digər qətimkan tədbiri seçilib.
İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın qismən ödətdirilməsi
təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Sosial23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO