Qırmızı.az
“Sovetski” hələ bərpa olunmur, “xruşovka"lar sökülmür - RƏSMİ
Bakının "Sovetski" kimi tanınan ərazisinin bərpa edilməsi ilə bağlı plan paytaxt və Abşeronun inkişafı üzrə Baş Planın əsas hissələrindən biridir.
Bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini Nizami Yusifov deyib.
Onun sözlərinə görə, bərpa prosesində bu ərazidə yeni yolların tikintisi, mövcud yolların genişləndirilməsi, yeni obyektlərin və yaşıllıq zonalarının yaradılması planlaşdırılır: "Plan tam hazır deyil, çünki ərazi olduqca böyükdür. Buna görə də onun tam başa çatdırılması üçün xeyli vaxt tələb olunur".
N.Yusifov qeyd edib ki, Bakı və Abşeronun inkişafı üzrə Baş Plan da böyük iş və vaxt tələb edir: "Bu, bir neçə günün və ya həftənin məsələsi deyil. Planın işlənməsinə bəzən bir neçə il vaxt lazım olur".
O, həmçinin sənaye müəssisələrinin şəhərdən kənara köçürülməsini alqışlayıb və vurğulayıb ki, Bakının yüklənməsini azaltmaq istiqamətində vacib addımlardan biridir.
Nizami Yusifov Bakıda panel beşmərtəbəli binaların ("xruşovka"
adlandırılan) kütləvi şəkildə sökülməsi məsələsinin də tez olduğunu
bildirib. Onun sözlərinə görə, bu binaların sökülməsinə ehtiyacın
yaranacağı vaxt gələcək, lakin hazırda bu barədə danışmaq hələ
tezdir: "Bakıda hələ də 80-100 yaşı olan binalar qalır və onlar
texniki, mühəndis tələblərinə cavab vermir. İlk növbədə, bu binalar
və onların sakinləri üçün risklərin azaldılması barədə düşünmək
lazımdır".
N.Yusifov qeyd edib ki, "xruşovka"ların sökülməsi ilə bağlı tək-tük
hallar ola bilər, lakin onlar çox güman, şəhərin bu və ya digər
hissəsinin bərpası üzrə planlarla əlaqədardır: "Müasir tikililərin
də söküləcəyi vaxt gələcək.
O, əlavə edib ki, heç nə əbədi deyil: "Gec-tez istənilən bina özünün istismar müddətini başa vurur. Ola bilsin ki, dövrümüzdə tikilən bina bir neçə onillikdən sonra sökülsün və onların yerində yeni evlər tikilsin".
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi