Qırmızı.az
Azərbaycanlı girov Xankəndidə əməliyyat olundu
Xankəndidə keçirilən qondarma məhkəmə prosesi ilə 22 il azadlıqdan məhrum edilən Şahbaz Quliyev əməliyyat edilib.
Publika.az “Kavkazskiy uzel” saytına istinadən xəbər verir ki, bu barədə Qarabağda fəaliyyət göstərən “Helsink Təşəbbüs-92” Komitəsindən bildirilib.
Qeyd edilir ki, Şahbaz Quliyev öd kisəsinin xroniki xəstəliyindən əziyyət çəkirdi. Bəyanatda deyilir ki, komitənin icraçı direktoru Svetlana Djanqiryan və hüquq müdafiəçisi Karen Oqandjanyan əməliyyatdan sonra Şahbaz Quliyevə baş çəkiblər. Şahbaz Quliyev, həkimlərin sözlərinə görə, yaxşı vəziyyətdədir.
Ömürlük azadlıqdan məhrum edilən digər azərbaycanlı girov Dilqəm Əsgərovun isə sağlamlığı ilə bağlı şikayətinin olmadığı deyilir.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Azərbaycanlı girovlarla bağlı Xankəndidə keçirilən “məhkəmə” prosesi ötən ilin dekabrın 29-da başa çatıb. Dilqəm Əsgərov ömürlük azadlıqdan məhrum edilib, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum olunub.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR