Qırmızı.az
Ermənilər bizi necə zəhərləyir? - Nazirlik
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Fevral ayının III ongünlüyündə Kür çayında suyun sərfi fevral ayınının II ongünlüyünə nisbətən 36 m3/san artaraq 168 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol
verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində
fenollar 5, Ağstafaçayda və Ağstafaçay su anbarında isə 4 dəfə
YVQH-ni keçib.
Fevral ayının III ongünlüyündə aparılan monitorinqlərin
nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 3, I Şahsevəndə
və Bəhramtəpədə isə 4 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə
norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.56-6.23 mq/l arasında
olmaqla sanitar norma daxilində dəyişib.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq