Qırmızı.az
Yanan binaya görə həbs olunan var (YENİLƏNİB)
Baş Prokurorluqdan Publika.az-a daxil olan məlumata görə, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
****
Bakıda yaşayış binasında baş verən yanğınla bağlı həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
Publika.az-ın məlumatına görə, bu barədə Baş
Prokurorluq, FHN və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin
yaydığı birgə məlumatda qeyd edilir.
Məlumatda deyilir ki, 2015-ci il mayın 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş vermişdir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişlər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilmişdir.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini
təxliyə olunmuş, 37 nəfər xilas edilmişdir. Təxminən saat 14
radələrində yanğın lokallaşdırılmış, yaxınlıqdakı binalar yanğından
mühafizə olunmuşdur. Bununla belə, ilkin ehtimallara görə binanın
fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən
yanğın nəticəsində 15 nəfər həlak olmuş, 26 nəfər isə yanıq
xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə
yerləşdirilmişdir.
Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi
davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri,
respublikanın Baş prokuroru və daxili işlər naziri hadisə yerinə
çıxmışlar.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə
İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər
ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma,
308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci -
ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi
başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə
Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət
istintaq-əməliyyat qrupu yaradılmışdır.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri
Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
-
Nida Xəbər 17:05
TƏCİLİ: Azərbaycanda vəzifəli şəxslər cinayət başında yaxalandılar - FOTO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...