“Gənclik” stansiyasının çıxışı bağlandı
Bizi izləyin

Qırmızı.az

“Gənclik” stansiyasının çıxışı bağlandı

"Gənclik" metrostansiyasının keçidlərində aparılan təmir işləri ilə əlaqədar 1-ci vestibülün bir giriş-çıxışı 2 günlük bağlanıb.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi xəbərə görə, mayın 20-dən 22-dək 1-ci vestibülün bir giriş-çıxışı müvəqqəti olaraq bağlanır.

Bağlanacaq giriş-çıxış sadəcə İdman Akademiyası, yeni tikilən ticarət mərkəzi tərəfdir. Digər 3 giriş-çıxış isə açıq olacaq. Sərnişinlərdən bunu nəzərə almaları xahiş olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm