Qırmızı.az
Azərbaycanda yeni institut yaradılacaq
AMEA Fizika İnstitutunun bazasında Biofizika və Smart Materiallar İnstitutunun yaradılacaq.
AMEA-dan Publika.az-a verilən məlumata görə, Biofizika və Smart Materiallar İnstitutu hədəfli dərman daşınması üçün müxtəlif tip və ölçülü nano-zərrəciklərin hazırlanması, funksional cəhətdən mühum zülallarda struktur-dinamika və funksiya arasındakı əlaqənin tədqiqini və s. nəzərdə tutur.
AMEA Rəyasət Heyətinin bugünkü iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə tapşırılıb ki, akademiyada Biofizika və Smart Materiallar İnstitutunun yaradılması ilə bağlı ölkə rəhbərliyi qarşısında vəsatət qaldırsın.
Qərarın icrasına nəzərət AMEA prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib.
Qeyd edək ki, 2013-cü ilin noyabr ayında Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Forumda iştirak edən Nobel mükafatı laureatı Corc Smut AMEA-nın Fizika İnstitutunda olub, institutun fəaliyyəti, nailiyyətləri və potensialı ilə tanış olmuş, alimlərlə fikir mübadiləsi aparıb. Sonra o, AMEA prezidenti, akademik Akif Əlizadəyə müraciət edərək Azərbaycanda biofizika və kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif etmişdir.
C.Smutun müraciəti və arqumentləri təhlil edilib və qəbul olunub Eyni zamanda bu sahənin Azərbaycanda da inkişafı müasir dövrün tələblərindəndir. Fizika İnstitutunda C.Smut tərəfindən də qeyd olunan müasir elmi-texniki potensialın və qabaqcıl avadanlıqlarla iş təcrübəsinin mövcudluğu nəzərə alınaraq, Biofizika və Smart Materiallar İnstitutunun yaradılması barədə qərar qəbul edilib.
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir