Qırmızı.az
Bakı Metropoliteninin Avropa Oyunları ilə bağlı xüsusi planı
Bakı Metropoliteni Avropa Oyunları ilə bağlı xüsusi plan
hazırlayıb.
Avropa Oyunları ərəfəsində Bakıda yollarda fasilələrlə tətbiq
edilən məhdudiyyətlər və parkinq üçün yer tapmaq çətinliyi üzündən
fərdi avtomobillərlə hərəkət etmək nisbətən əlverişsiz olacağından
əhalinin böyük əksəriyyətinin ictimai nəqliyyatdan, xüsusən
metrodan istifadəyə üstünlük verəcəyi gözlənilir. Oyunlar zamanı
şəhərə gələn yerli və xarici qonaqların çoxluğu da nəzərə alınarsa,
ilk baxışdan metroda sərnişin sıxlığının yaşanacağı təəssüratı
yaranır.
Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin
Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi
Paşayev bildirib ki, bununla bağlı qətiyyən narahat olmağa dəyməz:
“Əvvəla, artıq ali və ümumtəhsil məktəblərində tədris müddəti başa
çatdığından, eləcə də dövlət müəssisə və təşkilatlarında Avropa
Oyunları ilə əlaqədar iş rejimi qrafiki dəyişdiyindən metroda
sərnişinlərin ciddi sıxlığı gözlənilmir. Bakı Metropoliteni hər il
məktəblərdə dərslər başa çatdıqdan sonra yay qrafikinə keçir.
Adətən adi günlərdə metrodan gün ərzində 800-850 min sərnişin
istifadə edirsə, yay vaxtı onların sayı demək olar ki, təxminən 2
dəfə azalaraq 400-450 min nəfərə düşür. Bu il Avropa Oyunları ilə
əlaqədar dərslər həmişəkindən daha tez başa çatdığından metro da
yay qrafikinə tez keçəcək. Lakin hələlik bununla bağlı rəsmi qərar
verilməyib”.
Bundan əlavə şöbə rəisi qeyd edib ki, Bakı Metropoliteni Avropa
Oyunları ilə bağlı xüsusi plan hazırlayıb: “Plana əsasən
sərnişinlərin daşınması ilə bağlı ən xırda detallar da nəzərə
alınıb. Bunu mayın 9-da Avropa Oyunları ilə əlaqədar keçirilən
sınaq tədbirləri də göstərdi. Şükürlər olsun ki, bu sınaqdan üzüağ
çıxdıq. Təbii ki, Oyunların açılış və bağlanış mərasimləri günü
sərnişinlərin nisbətən çox olacağı istisna edilmir. Amma bütün bu
detallar nəzərə alınıb. Həmin günlərdə xəttə buraxılan qatarların
sayı artırılacaq və qatarlar arasında vaxt intervalı azaldılacaq.
Hətta ehtiyac duyularsa, xəttə ehtiyat qatarlar da buraxıla bilər.
Eyni zamanda, metropoliten ərazisində görülən təhlükəsizlik
tədbirləri də gücləndiriləcək. Təbii ki, həmin gün Milli Olimpiya
Stadionunda keçirilən tədbirdən sonra oradakı insanların hamısını
birdən-birə yaxınlıqdakı “Koroğlu” stansiyasına buraxmaq olmaz. Bu
məsələ BEGOC tərəfindən nəzərə alınıb və müvafiq qurumlarla birgə
tənzimlənəcək. Ona görə də əhalinin və qonaqların narahatlığına heç
bir əsas yoxdur”.
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO