Qırmızı.az
TQDK sədri buraxılış imtahanlarından DANIŞDI
Sabah Bakıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşmiş qaydada buraxılış imtahanı keçiriləcək.
Publika.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin gün eyni zamanda Bakıda fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcək.
TQDK sədri bildirib ki, imtahana gələn şagirdlər imtahana buraxılış vəsiqəsi və şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Bakının orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 76 imtahan mərkəzi yaradılıb. Həmin gün Bakıda 31490 şagirdin imtahanda iştirakı nəzərdə tutulub.
Bakının orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 71 imtahan mərkəzi yaradılıb. Həmin gün Bakıda 24408 şagirdin imtahanda iştirakı nəzərdə tutulub.
M.Abbaszadə onu da vurğulayıb ki, imtahan prosesində ictimai nəzarətin olması mütləqdir. Bu məqsədlə imtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi müəllim ayrılıb.
Qeyd edək ki, IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI siniflərdə 15:00-da başlayacaq.
Ümumilikdə buraxılış imtahanlarında respublika üzrə 88151 nəfər on birinci, 107236 nəfər isə doqquzuncu sinif şagirdinin iştirakı gözlənilir.
Buraxılış imtahanları iyunun 2, 6, 11, 16-da keçiriləcək. İmtahan məntəqələrindən 5 km məsafədə yaşayan şagirdlər üçün xüsusi maşınlar ayrılıb.
Gülxar
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri