Qırmızı.az
Şəkidə gənclər üçün treninq keçirilib
Bu gün Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Pedaqoji Kollecində gənclər üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, treninq iştirakçılarına biznes-planların tərtib edilməsi,
SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə
planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni
məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə
hazırlığı səviyyəsinin yüksəldilməsi barədə geniş məlumat
verilmişdir.
İştirakçılar, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən
göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az
elektron portalları və onlardan istifadə qaydaları, portalların
biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o
cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə
əlaqədar elektron idarəetmə sistemi" və s. barədə
məlumatlandırılmışlar.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi
tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları
maraqlandıran suallar cavablandırılmışdır.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi