Qırmızı.az
Göyçayda törədilmiş ağır cinayətin üstü açıldı
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhərində törədilmiş ağır cinayətin üstü açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında
deyilir ki, martın 1-nə keçən gecə yaşadıqları mənzildə Göyçay
şəhər sakinləri Asəf Quliyev və həyat yoldaşı Afaq Quliyevanın
üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb
ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış
keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual
hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci
(iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon
sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi
müəyyən edilib. "İsti iz"lərlə həyata keçirilmiş istintaq və
əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Masallı
rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
ediliblər.
Cinayət yerindən oğurlanmış əmlakın bir hissəsi N.Mustafayevin
mənzilində aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. /Anspress/
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"