Qırmızı.az
Azərbaycanda işləyən qadınların sayı açıqlandı
Azərbaycanda işləyənlərin sayı açıqlanıb. 2015-ci il iyun ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən may ayında əlavə olaraq 20 238 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Fonddan Publika.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,59 faiz artıb.
Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 083 405 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 822 524 nəfər) kişi, 40,9 faizi (1 260 881 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,78 faizini (764 090 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,70 faizini (668 994 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,72 faizini (638 818 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14 faizini (652 017 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,66 faizini (359 486 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Gülnar Əliyeva
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO