Dünya
Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
Türkiyənin Yunanıstanın Sisam adasının qarşısında yerləşən Aydın vilayətinin Söke rayonuna 51-ci Komando Briqadasını yerləşdirməsinə Afinadan reaksiya gəlib.
Publika.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi briqadanın Sökeyə köçürülməsi ilə bağlı qərarın iyun ayında təsdiqləndiyini bildirib.
Nazirliyin açıqlamasına görə, Silahlı Qüvvələrin birliklərinin yerləşdirilməsi və təşkilati strukturunda dəyişikliklər ordunun vəzifə və əməliyyat ehtiyacları əsasında həyata keçirilir.
Bu addımdan sonra Yunanıstanın da Türkiyə sərhədində hərbi mövcudluğunu artırdığı bildirilir. Yunanıstan mətbuatının məlumatına görə, Afina Meriç bölgəsində, Türkiyə sərhədinə yaxın Böyük Dərbənd ərazisinə daimi xüsusi təyinatlı komando birliyi yerləşdirib.
Məlumata əsasən, yeni birlik təhlükəsizlik və çəkindirmə qabiliyyətinin artırılması məqsədilə yaradılıb. Yunanıstan Quru Qoşunlarının isə dağlıq ərazidəki “Palaska” düşərgəsində yerləşdirildiyi qeyd olunur.
Hadisələr Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin Türkiyəyə qarşı sərt açıqlamalarından sonra baş verib. Mitsotakis Türkiyəni “revizionist” siyasət yürütməkdə ittiham edərək, problemlərin masa arxasında həll edilməməsi halında “silahla həll” mesajı vermişdi.
Müəllif: Roza
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?

















.jpg)






.jpg)
.jpg)








