Lula ABŞ-ın Maduro qərarına qarşı çıxdı: “İttihamlar sübut edilməlidir”
Bizi izləyin

Dünya

Lula ABŞ-ın Maduro qərarına qarşı çıxdı: “İttihamlar sübut edilməlidir”

Lula ABŞ-ın Maduro qərarına qarşı çıxdı: “İttihamlar sübut edilməlidir”

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın Venesuelanın sabiq prezidenti Nikolas Maduro ilə bağlı addımlarını tənqid edib.

Publika.az xəbər verir ki, Lula hər hansı ittihamın siyasi bəyanatlarla deyil, araşdırma və məhkəmə qərarı ilə təsdiqlənməli olduğunu bildirib.

Braziliya liderinin sözlərinə görə, Vaşinqton əvvəllər də xarici ölkələr və onların liderləri ilə bağlı ciddi ittihamlar irəli sürüb. Lakin sonradan bu iddiaların bir qismi suallar doğurub.

Lula buna nümunə kimi İraqda kimyəvi silahın olduğu ilə bağlı iddiaları və İranın nüvə proqramı ətrafında səsləndirilən bəyanatları göstərib.

Qeyd edək ki, Nikolas Maduro ilin əvvəlində ABŞ hakimiyyətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha əvvəl yayılan məlumata görə, sabiq Venesuela lideri və həyat yoldaşı Seliya Floreslə bağlı məhkəmə prosesi gələn il başlayacaq.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm