Bakı Metrosunun yeni qatarları – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı Metrosunun yeni qatarları – FOTOLAR

Bu gündən etibarən "Bakı Metropoliteni" QSC yeni metro qatarlarını tam istifadəyə verir.

Publika.az-ın məlumatına görə, aprel ayından sınaq müddətində olan qatarlar artıq istismara verilib.

Bu gün saat 11:00-da “Sahil” stansiyasında jurnalistlər və sakinlərlə birlikdə QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev də həmin qatardan istifadə edib.

N.Paşayev bildirib ki, yeni qatarlar hazırda Həzi Aslanov - İçəri Şəhər xəttində normal qrafik üzrə hər biri öz marşrutunda işləyəcək.

Qeyd edək ki, yeni alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir.

Yeni qatarlarda vaqonların çəkisi də köhnələrdən fərqlidir. Köhnə qatarlarda baş vaqon 38 ton, aralıq vaqon 36 ton təşkil edirdisə, yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan dəmirdəndir.

Vaqonun salonunda təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb. Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir.

Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı mövcuddur. Vaqonlarda üç rejimdə - havalandırma, isitmə və soyutmaq rejimlərində çalışan klimat sistem quraşdırılıb.

Gülxar

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm