Qırmızı.az
İmtahan nəticələri yaxın vaxtlarda açıqlanacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də Respublikanın bir sıra rayon və şəhərlərində keçirdiyi buraxılış imtahan protokollarının və cavab kartlarının emalını aparır.
TQDK-dan Publika.az-a verilən məlumata görə, bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, imtahanlar Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam
Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu,
İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə
həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad,
Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta
ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX
və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada
buraxılış imtahanları keçirib.
9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanmış və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanmış və 2 saat 45 dəqiqə müddətində aparılıb.
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO