Qırmızı.az
Çaylarda su azalıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 259 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım
müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3,
Salyanda 6, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm
artım, Şirvanda isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 sm, Şirvanda 129 sm, Salyanda 63 sm, Bankədə 179 sm, Araz çayının Novruzlu məntəqəsində isə 30 sm təşkil edir.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ