Məzunların 10%-i fərqlənmə diplomu aldı
Bizi izləyin

Qırmızı.az

Məzunların 10%-i fərqlənmə diplomu aldı

Bu il Bakı Dövlət Universitetini 4000-dək məzun bitirib, onlardan təxminən 400 nəfəri fərqlənmə diplomuna layiq görülüb.

Publika.az xəbər verir, bu barədə BDU-nun rektoru Abel Məhərrəmov Məzun günü ilə bağlı keçirilən tədbirdə deyib.

Rektor bildirib ki, hər il olduğu kimi bu il də magistratura imtahanlarında BDU məzunlarının respublikada ən yüksək göstəricilər əldə edib. Bakı Dövlət Universitetinin dünyanın 20 min top universiteti arasında birinci 700-lükdə qərarlaşdığını diqqətə çatdırıb.

Universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna diplomlar təqdim edildikdən sonra, rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub.

Rektor və tələbələr üzərinə “Məzun-2015” yazılmış şarı havaya buraxıblar. Bununla da rəsmi hissə bağlı elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm