Qırmızı.az
Nazirliyə 50 mindən çox müraciət daxil olub
Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi" tərəfindən 50 min 760 müraciət cavablandırılıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, onlardan 21012-i (41,4%) sosial təminat,
12697-i (25,1%) əmək qanunvericiliyi, 7353-ü (14,5%) nazirliyin
elektron xidmətlərindən istifadə, 5469-u (10,7%) tibbi-sosial
ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 4229-u
(8,3%) isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.
Daxil olan müraciətlərin 47171-də (92,9%) qeyd olunan sahələrlə bağlı vətəndaşların sorğuları ifadə olunub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara ƏƏSMN-nin mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib.
Qalan 3589-da (7,7%) əmək və sosial təminat hüquqlarının araşdırılaraq müəyyən edilməsi məsələləri, müvafiq fəaliyyət sahələrinə dair təklif və şikayətlər əksini tapıb və onlar araşdırılaraq tədbir görülməsi üçün müraciət vərəqəsi tərtib olunmaqla aidiyyəti struktur bölmələrinə göndərilib.
142-“Çağrı mərkəzi” tərəfindən həftənin bütün iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların müraciətləri cavablandırılır.
Vətəndaşlar 142 nömrəsinə zəng etdikdə sosial təminat məsələləri üzrə -1, əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələləri üzrə-2, məşğulluq məsələləri üzrə -3, əmək qanunvericiliyinə dair məsələlər üzrə -4, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı izahat almaq üçün- 5 düyməsini basmalı olduğu avtomatik şəkildə onların diqqətinə çatdırılır.
Gülnar
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq