Qırmızı.az
Moskva Dövlət Tibb Universitetinin Bakı filialında oxumaq istəyənlərin nəzərinə
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015-2016-cı tədris ili üçün tələbə qəbulu elan edir.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına müalicə işi ixtisası üzrə 100 nəfərin qəbul olunması nəzərdə tutulur. Tədris rus dilində olsa da, müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün birgə aparılacaq. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız
TQDK-nın keçirdiyi test imthanlarında 350 və daha artıq bal
toplayan abituriyentlər iştirak edə bilərlər. Qəbul olmaq
istəyənlər rus dili və kimya fənləri üzrə test imtahanı
verməlidirlər.
Müsabiqə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin yaratdığı komissiyanın keçirdiyi imtahanların
nəticələri əsasında aparılacaq.
Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali
məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir.
Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin diplomu təqdim ediləcəkdir.
Qəbul olmaq istəyən şəxslər müvafiq sənədlərini iyulun 21-22-də
saat 10:00-dan 18:00-dək təqdim edə bilərlər.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı
filialına tələbə qəbulu elanı (http://edu.gov.az/upload/file/ELAN/2015/iyul/secenov-qebul.pdf)
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi