Qoroskop
Astroloji proqnoz - 16 iyul
QOÇ – Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi – himayədarınız olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzunmüddətli kasıbçılıq gözləyə bilər.
BUĞA - Hansısa uğursuzluq haqqında düşünməyin. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli görüşlər, maliyyə uğurları da yolunuzu gözləyir.
ƏKİZLƏR – Hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayın. Çünki ətrafınızda sizi aldadanlar artıb. Ciddi məbləğdə gəliriniz gözlənilməsə də, gün boyu büdcəniz boş qalmayacaq.
XƏRÇƏNG - Sakit bir gün yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Səhv və günahlarınızı etiraf etməyi bacarın. Burada qəbahət yoxdur.
ŞİR - Saat 13-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, heç bir narahatçılığınız olmayacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı tövsiyə edir. Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın.
QIZ - Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma belə bir təqvimdə hər şeydən əvvəl istirahətinizi təmin etməlisiniz, uzaq yol getməyin.
TƏRƏZİ - Səhhətinizi qoruya bilsəniz, gün boyu heç bir çətinliklə rastlaşmayacaqsınız. Ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırın. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.
ƏQRƏB - Gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldin. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin.
OXATAN - Bəxtinizə təzadlı bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız.
OĞLAQ - Ümumən gərgin gün olsa da, özünüzü cilovlamalısınız. Hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Hirsli başda ağlın olmamasını da unutmayın.
SUTÖKƏN - Yalnız saat 12-14 aralığı gərginlik görünür. Həmin vaxt maksimum ehtiyatlı olun. Qalan zamanda isə çox şey ürəyinizcə olacaq. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır.
BALIQLAR - İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq, özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Çətinlik çəksəniz, məsləhətləşmək də olar.
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?