Qoroskop
Astroloji proqnoz - 04 noyabr
Qoç - Səhər çağı xeyli gözlənilməz hadisə baş verəcək ki, bunların ucbatından planlarınızı dəyişməli olacaqsınız. Ailə məsələləri nəzarət altından çıxır, yaxşı olar ki, indi onlarla faydasız mübarizə aparmaq əvəzinə, şəraitə uyğunlaşasınız. Yaşlı kişi qohumlarınızla razılığa gəlmək xüsusilə çətin olsa da, onların da qəlbinə yol tapacaqsınız. Günün ikinci yarısı isə çox xoşdur. Məhsuldar işləyəcək, bir çox problemləri həll edəcəksiniz. Öz nailiyyətlərinizə özünüz də təəccüb qalacaqsınız. Romantik aludəçilik də mümkündür.
Buğa - İşdə münaqişələrdən qaçmaq üçün
inanılmaz sülhpərvərlik göstərməyə məcbur olacaqsınız. Sizə elə
gəlir ki, qədrinizi bilmirlər (əlbəttə, çox zaman bunda
haqlısınız). Belə şəraitlə barışmaq istəmirsiniz, amma seçdiyiniz
mübarizə üsulları səmərəli deyil. Özünüzü atəşə atmayın. Bir az
fikirləşib düşmənlərinizi yolunuzdan götürmək üçün plan qurun.
Evdə isə vəziyyət başqadır: burada ahəngdarlıq və qarşılıqlı
anlaşma hökm sürür. Xanım Buğaları komplimentlər və xoş diqqət
gözləyir.
Əkizlər - Mənfi tendensiyaların çoxluğu sizi
qorxutmur. Əhvalınız əladır, çox nikbinsiniz. Heç bir maneə
qarşınızda duruş gətirmir. Yeni layihələrə başlaya, sövdələşmələr
qura bilərsiniz. Hətta düşmənlərinizlə də danışıqlar apara
bilərsiniz: onları öz tərəfinizə çəkə bilməsəniz də, heç olmasa
tərksilah edərsiniz.
İşə köklənmək asan olmayacaq: şəxsi məsələlər, ailə ilə bağlı
fikirlər buna imkan verməyəcək. Ancaq bu, elə də ciddi problemlər
yaratmayacaq. Ciddi səhvlər buraxmayacaqsınız, xırdaları isə
kimlərsə düzəldəcəklər.
Xərçəng - İşlər hamar və rəvan getmir. İşgüzar
aktivliyinizlə də qürrələnə bilməzsiniz. Faydalı imkanları qaçıra,
tənbəlliyiniz ucbatından maraqlı təklifləri rədd edə bilərsiniz. İş
ortaqlarınızdan çox şey gözləməyin, üstəlik, əgər onlar
gözləntilərinizi doğrultmasalar, inciməyin. Bu, bir çox mümkün
xoşəgəlməz situasiyaların qarşısını alar.
Ətrafınızda baş verən bütün hadisələrə çox emosional reaksiya
verirsiniz. Əgər yanınızda sizi dəstəkləyən, başa düşən insan
varsa, o qədər də narahat olmağa dəyməz. Amma əgər yaxşı sözləri
sizə yalnız nəzakət xatirinə deyirlərsə, bu artıq qorxuludur, çünki
yalanı, saxtakarlığı dərhal hiss edirsiniz.
Şir - Narahatlıq üçün heç bir əsas yoxdur,
sevinib şənlənmək üçün isə səbəblər çox olacaq. Nəsə pis alınır,
nəsə həddən artıq yaxşı. Ətrafınızdakılar sizin uğurlarınıza
sizinlə birlikdə sevinəcəklər. Həmkarlarınız və rəhbərliklə
münasibətləriniz çox yaxşıdır, iddialı Şirlər karyerada irəliləyə
bilərlər.
Amma xam xəyallar qurmağa çox aludə olmayın. Tez-tez ayağınızın
altında torpağın olub-olmadığını yoxlayın: yerdə də xeyli maraqlı
hadisə baş verir. Yeni eşq macərasına başlamaq olar: istənilən
adamı başdan çıxarmaq gücündəsiniz, ehtiyatı əldən verməyin.
Qız - Çox uğurlu gündür. Cazibədar və
mehribansınız, yetəri qədər inadcıl, hazırcavab, hədsiz
istedadlısınız - əlbəttə ki, bu keyfiyyətlərinizin sayəsində lazımi
adamlarda lazımi təəssürat yaratmaq heç də çətin deyil. Hətta ən
çətin məsələləri şən, nikbin əhval-rühiyyə ilə müzakirə edir və
bununla opponentlərinizə çıxış yolu qoymursunuz: onlar qeyd-şərtsiz
təslim olurlar.
Axşam da gözəldir. İstənilən məşğuliyyət faydalı olacaq: istər
tədbirə qatılın, istərsə də romantik görüşə gedin, xoş
təəssüratlara zəmanət verilir.
Tərəzi - Gününüz uğursuz başlayır.
Yaxınlarınızla, yaxud rəhbərliklə mübahisələr gözlənilir, iş
ortaqlarınızla ciddi fikir ayrılıqları olacaq. Hiss edirsiniz ki,
tək qalmısınız, bu isə sizi əzir. Bəzi planlarınız həyata
keçirilməmiş qalır: yeganə səbəb isə odur ki, onların öhdəsindən
təkbaşına gələ bilməyəcəyinizi düşünürsünüz. Amma nahaq yerə.
Axşama doğru orijinal ideyalarınız yaranacaq. Onları həyata
keçirmək üçün özünüzdə cəsarət və qətiyyət tapacaqsınız. Günün sonu
romantik görüşlər, sevgilinizlə ünsiyyət üçün əladır.
Əqrəb - Bu gün süstsünüz, imkanınız olsaydı,
heç bir işə əl vurmazdınız. Təəssüf ki, belə bir imkanınız
olmayacaq. Özünüzü ələ almalı və uzun müddət təxirə saldığınız
problemləri həll etməli olacaqsınız. Əvvəlcə iş sizi
əsəbləşdirəcək, amma tədricən alışacaq, hətta ondan zövq almağa
başlayacaqsınız.
Dövlət orqanlarında, vergi idarələrində işləyən insanlarla təmas
qurmaq məsləhət deyil. İri əşyaların alınması üçün də uğurlu gün
deyil.
Oxatan - Ünsiyyət üçün həddən artıq çətin
gündür. Ya çox sərt ifadələr işlədir, ya da lazım olmayan yerdə
ürəyiyumşaqlıq edir və nəzakətli olursunuz. İstəyirsiniz ki, yaxşı
olsun, əvəzində isə hər şey dağılır. Bunun üçün bircə çıxış yolu
görürsünüz - tənhalığa çəkilmək. Amma tək qalanda da vəziyyət
barədə, ətrafınızdakıların "necə də pis insanlar" olduqları haqda
fikirləşməyə davam edirsiniz. Əlbəttə ki, bu sizi
sakitləşdirmir.
Günün ikinci yarısını intellektual əməyə sərf edin. Çox mürəkkəb
məsələlərin qeyri-adi və asan həll yolunu tapa bilərsiniz, gözəl
ideyalarınız olacaq.
Oğlaq - Günün çox hissəsinin mənfi
tendensiyaların təsiri altında keçməsi mümkündür. O, lap da korlana
bilər, amma əlbəttə ki, siz buna imkan verməzsiniz. Nəzərə alın ki,
bu gün çox enerji sərf edirsiniz. Əslində, ətrafınızdakıları da
dəstəkləmək lazım olur, amma narahat olmayın, enerjiniz hamıya
çatar.
Günün əvvəlində gözəl imkanlarınız ola bilər. Bunları əldən
buraxmamağa çalışın. Sübh çağından günortaya qədər məhsuldar
işləyə, peşəkar və şəxsi problemlərinizi uğurla həll edə
bilərsiniz. Bu müddətdə alış-veriş etmək də məsləhətdir.
Dolça - Günü pis adlandırmaq düzgün olmaz,
çünki yaxşı ideyalar və sərfəli təkliflər çoxdur. Ancaq pis olan
sizin kefinizdir - hər şeyi qara tonlarda görürsünüz. Nikbinliyiniz
hara yox olub? Onu təcili tapın, o zaman həyatınız düzələcək.
Günün ortasında uğurlu danışıqlar mümkündür, rəğbət bəslədiyiniz
bir insanla ürəkdən söhbət etmək imkanınız olacaq. Bir çox Dolçalar
üçün uğur məhz axşam gələcək - unudulmaz bir görüş və yaxud yığılıb
qalmış problemləri aradan qaldırmaq şansı yaranacaq.
Balıqlar - Neytral gündür, demək olar ki, vacib
bir hadisə baş vermir. Həyatın axışı rəvandır, heç bir hadisə sizi
çaşdırıb əziyyət vermir. Bütün problemlərinizin həlli var və
bunları tapmaq üçün kifayət qədər zamana maliksiniz. Maraqlı
təkliflər alacaqsınız: keçmiş ortaqlarınız yenidən peyda
olacaqlar.
Ağlınız emosiyalarınızı cilovlayır, odur ki, düşünülməmiş
hərəkətlər etməyəcəyinizə arxayın ola bilərsiniz. Yaxınlarınızla
münasibətləriniz soyuq olsa da, hamardır.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO