Qoroskop
Astroloji proqnoz - 28 noyabr
Qoç - Maliyyə məsələlərinin həlli və büdcə
planlaması üçün uyğun gündür. İşgüzar intuisiyanız çox güclüdür.
Bir baxışdan hansı layihənin perspektivli, hansının uğursuz
olduğunu dəqiq təyin edirsiniz. Rəyinizi hətta çox təcrübəli
insanlar da dinləyirlər. Peşəkar mövqelərinizin möhkəmləndirilməsi
üçün münasib gündür.
Dünyagörüşünüzü genişləndirin. Yeni məlumatlar öyrənməyə çalışın.
Bir çox Qoçlar ətrafdakılarla ünsiyyətlərinə başqa rakursdan
baxmağa çalışacaq və gələcək barədə planlarına dəyişikliklər
edəcəklər.
Buğa - Risk etməyə, taleyinizi sınağa çəkməyə
meyllisiniz. Xoşbəxtlikdən, bunun nəticələri pis olmayacaq,
gözlədiyinizdən daha çox bəxtiniz gətirir. Maliyyə işlərində
uğurlar mümkündür, sərfəli sövdələr bağlaya bilərsiniz.
Gözləmədiyiniz mənbədən pul daxil ola bilər.
Əməyinizin dərhal mükafatlandırılacağını gözləməyin: hazırda
gələcək uğurlarınızın bünövrəsini qoyursunuz. Yeni ortaqlarınızla
əməkdaşlığınız məhsuldar olacaq. Bu gün başlanan romantik tanışlıq
uzun sürməsə də, həyatınızı dəyişdirəcək.
Əkizlər - Çox enerjilisiniz, bir yerdə dayanmaq
bilmirsiniz. Hansısa yeni bir işə başlamazdan əvvəl onu yaxşıca
götür-qoy edin. Emosiyaların təsiri altında hərəkət edir, bununla
vurnuxma, gərəksiz qayğılar yaradırsınız. Daha təcrübəli insanların
məsləhətlərini dinləyin.
Maliyyə və əmlak məsələlərilə bağlı vacib qərarlar vermək məsləhət
deyil. Ailə problemləri çox diqqət tələb edəcək. Təsadüfi tanışlıq
sizdə güclü hisslər oyadacaq. Amma bunun əsl münasibətlərə
çevrilməsi şübhə doğurur.
Xərçəng - Hissiyyatlı adamların həyatı sürətlə
dəyişir, əvvəlki şübhələr və məyusluqlardan əsər-əlamət qalmır.
Zəhmət çəkin - bəhrəsini görün!
İmkanlar inanılmazdır, sadəcə, öz gücünüzə inanmağınız yetər.
Uzunmüddətli planları dəqiqləşdirmək lazım gəlir. Bu, ümumilikdə
faydalıdır. Maliyyə və əmlak məsələlərinin uğurlu həlli
mümkündür.
Şir - Uzun müddət sizi irəliləməyə qoymayan
emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq,
ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla,
fiziki işlə məşğul olmaq üçün münasib gündür - bu, həm kefinizi
qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır.
Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa
imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən
hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis
deyil.
Qız - Bu günün hadisələri çoxdan qarşınıza
qoyduğunuz məqsədlərə doğru bir pilləkən olacaq. Ancaq ona bu qədər
yaxın olmağınız sizi o qədər də sevindirmir: son dövr ərzində
prioritetləriniz dəyişib və indi sizə tamamilə başqa şeylər
lazımdır. Dayanmayın: doğrudan da ehtiyacınız olan bir şeyi əldə
etmək üçün gözəl şansınız var.
Tikintiyə başlamaq, yaxud daşınmaz əmlak almaq, kirayə etmək olar.
Yaxınlarınız ev işlərində sizə kömək edir, hətta bəzən şəxsi
həyatınıza da müdaxilə edirlər. Münaqişə yaranmasını
istəmirsinizsə, bunlara yumorla yanaşın.
Tərəzi - Mürəkkəb məsələlərin həlli, birmənalı
olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu
gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən
reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa
verməyin, müsbət tendensiyaların təsiri hələ ki, güclüdür,
dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər
zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun.
Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox
asandır.
Əqrəb - Bu gün inanılmaz addımlar atmağa
qadirsiniz. Nə stereotiplər, nə adət-ənənələr, nə də
ətrafınızdakıların xahiş-minnəti sizi fikirləşdiyinizi etməkdən
döndərəcək. Həyatınız kökündən dəyişəcək, bu sizi sevindirəcək. Bu
gün işiniz çox olacaq. Mükafatı tezliklə alacağınızı
gözləməyin.
Dövlət orqanlarının əməkdaşları ilə ünsiyyət üçün münasib gündür.
Şəxsi biznesinizi açmaq barədə məsələləri yoluna qoya biləcəksiniz.
İstənilən görüş yaxşı keçəcək.
Oxatan - Vergi, sığorta, kreditlə məşğul olan
idarələrin işçilərinin bəxti bu gün yaman gətirəcək. Mürəkkəb
hesablamalar aparmaq, biznes-plan hazırlamaq olar.
Yaranan imkandan istifadə edərək sizin üçün dəyərli olan adamlarla
münasibətlərinizi düzəldin. İndi həm çoxdankı fikir ayrılıqlarını
bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz.
İri alış-veriş etmək məsləhət deyil.
Oğlaq - Ünsiyyət üçün xoş gündür. Başqalarının
istəklərinə qarşı diqqətlisiniz, onların arzularını və
ehtiyaclarını nəzərə alırsınız. Nüfuzlu bir şəxsdə özünüz haqda xoş
təəssürat yarada biləcəksiniz. Yaxşı ideyalarınız varsa, onları
həyata keçirmək üçün köməkçiləriniz də var.
Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu
tapa biləcəksiniz. Bu günə romantik görüş təyin edə bilərsiniz:
gözəl və unudulmaz olması sizin əlinizdədir. Gözlənilməz təkliflər
ala bilərsiniz, bunları qəbul etdiyinizə peşman olmayacaqsınız.
Dolça - Strateji məsələlərin həlli və
uzunmüddətli planlaşdırma üçün münasib gündür. İntellektual
potensialınız çox yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış
yolu tapmağa qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir,
bəzən hətta məsxərəyə keçirlər. Amma bu, sizin əhvalınızı pozmur.
Axşamadək kefiniz yaxşı olacaq.
Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz.
Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür.
Axşam gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.
Balıqlar - Parlaq, maraqlı gündür. Maraq
doğuran təkcə baş verən hadisələr deyil, sizin onlara
münasibətinizdir. Sabit emosional fon gün ərzində gözəl əhvalı
qoruyub saxlamağınıza kömək edəcək. İntuisiyanız isə kiminlə iş
görüb, kimdən kənar gəzməyi sizə düzgün diktə edəcək.
Kommersiya fəaliyyəti üçün münasib gündür: bağlanılan sövdələr
uğurlu olacaq. Əyləncəli tədbirlərə qatılmaq məsləhətdir. Əgər
kinoya gedəcəksinizsə, ciddi dram əvəzinə komediyaya üstünlük
verin.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO