Qoroskop
Səbuhi Rəhimlidən martın 29-na olan astroloji proqnoz
QOÇ – Təcrübəli adamlarla məsləhətləşin, müqəddəs ziyarətgahlarımıza baş çəkin. Probleminizin həllini məmurlardan deyil, Tanrıdan istəyin. Axşam saatlarını daha çox evdə keçirməyə çalışın - oturaq işlər məsləhətdir.
BUĞA – Gərgin iş qrafikinə dözümsüzlüyünüz bir az problem yarada bilər. Yalnız böyük ideyalarınız barədə düşünün. Ətrafınızdakılar tərəfindən sevilməyə çalışın. Aldığınız təkliflərə isə razılıq verməyə tələsməyin.
ƏKİZLƏR – Ev-mənzil təmirinə başlamaq üçün yaxşı vaxtdır. Yalnız saat 11-13 arası xırda mübahisələriniz mümkündür ki, bunu da özünüz yaratmamalısınız. Astroloji göstəricilər səhhətinizə fikir verməyi məsləhət görür.
XƏRÇƏNG – Qısqanclıq, dedi-qodu, iki münaqişəli adamı barışdırmaq cəhdi sizi gözdən sala bilər. Odur ki, istənilən prosesdə loyallığınızı qorumağı bacarmalısınız. Kreditlə bağlı bütün işləri təxirə salın.
ŞİR - Göy qübbəsi düşünülməmiş addım atmağınızın əleyhinədir. Çətinliyiniz olduğu təqdirdə mütləq inandığınız adamlardan məsləhət alın. Bu gün saat 16-dan sonra çox əziyyətlərinizin bəhrəsini görəcəksiniz.
QIZ – Qəlbinizin sevgi guşəsini boş saxlamayın. Çünki bu ərəfədə enerjinizi məhz məhəbbətdən almalısınız. Könül rahatlığınız təmin olunduğu halda, qalan məsələlərdə hər şey qaydasında olacaq. Səfərə çıxmayın.
TƏRƏZİ – Kollektiv müəssisədə fəaliyyət göstərdiyiniz təqdirdə müvəffəqiyyət qazanmağı bacaracaqsınız. Hətta namizədsinizsə, vəzifə irəliləyişləri də mümkündür. Axşama doğru çoxdan əlaqə saxlamadığınız doğmalarınızdan xəbər tutun.
ƏQRƏB - İqlimin mülayimliyi ümumi ovqatınıza müsbət təsir edəcək ki, bu da əlinizdə olan işlərin daha sürətli həllinə xidmət edəcək. Bu gün kənar təsirlərə, dedi-qoduya əhəmiyyət verməməli, səfərə çixmamalısınız.
OXATAN – Günün ümumi mistik gərginliyinə baxmayaraq, nahardan etibarən uğurlar sizi qoynuna alacaq. Rastlaşdığınız hadisə və insanlar ümumi əhvalınıza yüksək təsir edəcək. Pulsuzluqdansa məyus olmayın.
OĞLAQ – Uzaq səfərləri və spirtli içki qəbul etməyi təxirə salsanız, gün ərzində hər hansı xoşagəlməzliyin şahidi olmayacaqsınız. Sənədlərlə bağlı bütün işlərinizi sürətləndirin. Astroloji göstəricilər gecəni evdə keçirməyi tövsiyə edir.
SUTÖKƏN – Daxili sabitliyinizi qorumaqla situasiyalarda fəallaşmağı bacaracaqsınız. Bu gün həm də bir neçə sınaqdan keçəcəyiniz gözlənilir. Günün ikinci yarısı büdcənizi artırmaq imkanınız olacaq.
BALIQLAR – Bütün gücünüzü fəaliyyət istiqamətinə yönəldin. Gün ərzində başladığınız heç bir işi yarımçıq buraxmayın. Pulla bağlı layihələrdə təkbaşına qərar verməyin, mütləq təcrübəli insanların köməyindən yararlanın.
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA