Qoroskop
Astroloji proqnoz - 09 iyul
QOÇ - Hansısa əlamətdar bir hadisənin şahidi ola bilərsiniz. Sürprizlərə hazır olun. Sağlamlığınıza diqqət yetirməyi də unutmayın.
BUĞA - Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıracaqsınız. Şəxsi büdcənizdə müəyyən artımlar gözlənilir.
ƏKİZLƏR - Ümumi məziyyətlərinə görə təzadlı bir gün yaşayacaqsınız. Həm xoş, həm də müəyyən qədər gərgin məqamların daşıyıcısı olacaqsınız. Tərəfinizi saxlayanlara dönük çıxmayın.
XƏRÇƏNG - Bəxtinizdə əsl biznes günü durur. İştirakçısı olduğunuz hər bir proses ürəyinizcə olacaq. Yeni təkliflərə laqeyd yanaşmayın. Saat 16-19 arası sevindirici hadisələrin şahidi olacaqsınız.
ŞİR - Risk etməyə dəyməz. Çünki bu təqvimdə qeyri-ənənəvi fəaliyyətlə məşğul olmaq uğurlu deyil. Yaxşı olar ki, əsas vaxtınızı ürəyinizə yaxın olan şəxslərlə birlikdə keçirəsiniz.
QIZ - Ulduzların düzümü gün ərzində maddi durumunuzun xeyli yaxşılaşacağını bəyan edir. Günün ikinci yarısı isə bu istiqamətdə xüsusilə əlverişlidir. Aldığınız dəvətlərdən imtina etməyin.
TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə sürprizlərlə dolu saatlar yaşayacaqsınız. Amma şəxsi işlərinizə müdaxilə edən adamlardan uzaq olmağa çalışmalısınız. Özünüz də yalan vədlər verməyin.
ƏQRƏB - Təxminən saat 15-ə qədər bəzi xoşagəlməzliklərlə rastlaşma ehtimalınız var. Ələlxüsus da qarşılıqlı münasibətlərdə ehtiyatlı olmalısınız. Sonrakı saatlar nisbətən sakit ötüşəcək.
OXATAN - Ətrafınızda olan insanlar nə qədər səmimi davranarsa, günün ümumi mənzərəsi bir o qədər ürəyinizcə olacaq. Bu səbəbdən də ünsiyyətdə olduğunuz hər kəsin xoşrəftar olması vacibdir.
OĞLAQ - Astroloji göstəricilər sevgi dolu bir gün yaşayacağınızı bəyan edir. Qarşı tərəfin tələblərinə ədalətli yanaşın. Bu təzadlı təqvimdə dedi-qodudan uzaq olun.
SUTÖKƏN - Özünüzü tənha hiss etməyin. Yoxsa günaha batarsınız. Ən azı ona görə ki, sizə qarşı rəğbət bəsləyənlər az deyil. Fikrinizi dağıtmaq üçün nahardan sonra gəzinti və qonaqlıqlarda olun.
BALIQLAR - Təzə xəbərlər eşidəcəyiniz gözlənilir. Bu, yeni təklif və ya dəvətlər şəklində də ola bilər. Hər halda, hər üç amilə hazır olmalısınız. Axşama yaxın münasibətlərdə ehtiyatlı olun.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO