Qoroskop
Hansı bürcdən olan xanımlar xoşbəxt olur? - Ailə həyatı
Qoç bürcü qadını
Qoç bürcündə doğulan qadınlar dürüst, davakar, enerjili,
sevdiklərinə, bir o qədər də sərbəstliklərinə bağlı olurlar. Bu
bürcün əsas mənfi tərəfi onların çox qısqanc və qürurlu olmasıdır.
Qoçlar hər zaman tərəf müqabillərindən tərif eşitmək istəyir,
bununla yanaşı ailələrinə və yoldaşlarına sahiblənməyi və onları
yönəltməyi yaxşı bacarırlar. Bu bürcdə doğulan qadınlar aqressiv,
romantik və ona heyran olan kişiləri bəyənir.
Buğa bürcü qadını
Onlar yoldaşının sözünü dinləyən, lakin bir o qədər də inadkar
insandırlar. Buğalar yaxşı bir ev sahibəsidirlər, yoldaşlarından da
belə olmağı gözləyirlər. Əziz kişilər, əgər siz buğa bürcündən olan
qadınla ailə həyatı qurmaq istəyirsinizsə, xəbəriniz olsun ki,
buğalar çox ailəcanlıdırlar, evdə daima dinclik yaradır, yaxşı ana
və həyat yoldaşı olurlar. Qısa olaraq, onlara ideal ev qadını da
deyə bilərik.
Əkizlər bürcü qadını
Bu qadınlar asanlıqla dostluq qurmağı bacarır, lakin qüsur axtaran
temperamentlərinə görə bu münasibətləri uzun çəkmir. Dəyişikliyi
sevir və bunun müsbət təsiri olacağını düşünürlər. Gəzməyi, səyahət
etməyi cox sevir, əgər yoldaşları mədəni və savadlıdırsa,
münasibətlərindən daha çox zövq alırlar. Həyatlarında çoxlu
dəyişiklik etməyi sevirlər.
Xərçəng bürcü qadını
Bu qadınlar sevgidə səmimi, yoldaşlarına bağlıdırlar. Uşaqlarını
çox sevən, münasibətlərində dürüst, mədəni, nəzakətlidirlər.
Fikirləri asanlıqla dəyişmir. Uşaqlarına çox yaxşı analıq edirlər.
Əqrəblərin həyatı sevgi olmadığı zaman monotonlaşır. Sevgidə
fədakar və sadiq olur, öz fikirlərilə yoldaşlarına tazyiq
göstərmirlər.
Şir bürcü qadını
Bu qadınlar geniş ürəkli, əliaçıqdırlar. Hər işə can atır, müzakirə
etməyi sevirlər. Başqalarına kömək edən, açıq fikirli, açıq
sözlüdürlər. Başqalarına etdikləri yaxşılığın, göstərdikləri xoş
münasibətin əvəzini gözləmirlər. Sabit fikirlər, idarə etmə arzusu,
çalışqanlıq onların temperamentinin əsas özəlliyidir. Şirlər
sevdikləri insanı nəzarətləri altında saxlamağı sevir, ideal,
ehtiraslı sevgiləri ilə diqqət çəkirlər.
Qız bürcü qadını
Qızlar dürüst və təmiz ürəklidirlər. Kariyeradakı uğurları ilə
seçilirlər. Çəkingən olduqları üçün çox vaxt sevgilərini
qarşılarındakı şəxsə etiraf edə bilmirlər. Başqalarına kömək etmək,
gəzmək, dəyişikliklər etmək onların temperamentinin əsas
özəllikləridir. Onları çox ehtiraslı hesab etmək olmaz. Qızlar
yalnız xoşbəxt və sakit bir ailə qurmağa çalışırlar.
Tərəzi bürcü qadını
Bu bürcün qadınları gənc yaşlarında evlənməyə üstünlük verirlər.
Onlar ağıllı, anlayışlı, nəzakətli və ədalətlidirlər. Seks və sevgi
münasibətlərində əla tərəf müqabilidirlər. Ətirləri, özünəqulluğu
sevmələri, qarşı cinsə daha diqqətli olmaları onların əsas
xüsusiyətlərdir. Əyləncəni, komfortlu həyatı çox sevirlər. Çox
ehtiraslıdırlar, qarşılarında da belə birini görmək istəyirlər.
Əqrəb bürcü qadını
Əqrəblər öz bürclərindən olanlarla daha yaxşı yola gedirlər.
Hünərli və qərarlarında möhkəmdirlər. Onları idarə etmək
istəyənlərə qarşı çox aqressiv olurlar. Qarşı tərəfdən daim
nəzakətli olmağı gözləyirlər. Sevgidə dinamik və enerjilidirlər.
Münasibət boyunca daim onlara diqqət göstərilməsini və kompliment
edilməsinə gözləyər, bunlar olmadığı təqdirdə münasibətdən bezə
bilərlər. Xoşbəxtliyi yaradan və onu idarə edən insanlardır.
Oxatan bürcü qadını
Bu bürcdə doğulan qadınlar onlara əmr, göstəriş verən kişiləri
sevmirlər. Bir yerdə durmağı xoşlamır, daima hərəkətli həyat tərzi
sürməyə çalışırlar. Qarşı cinslə yaxın dost münasibəti qurmağı
bacarırlar. İstənilən situasiyaya asan adaptasiya olmağı bacarır,
daim qarşı tərəfin fikrinə hörmətlə yanaşırlar.
Oğlaq bürcü qadını
Oğlaq bürcü qadını inadkar və sözündən dönməzdir. Qarşılarına çıxan
çətinliklərə baxmayaraq sonuna qədər onlarla mübarizə aparmağa
çalışırlar. Nüfuzlu insan olmaq, söhrət və var-dövlət sahibi olmaq
onların əsas arzusudur. Bu bürcdə doğulanlar çox böyük dost
çevrəsini sevmirlər, amma onları duyğusal da hesab etmək olmaz.
Münasibətlərində liderlik etməyə çox da səy göstərməzlər.
Dolça bürcü qadını
Bu bürcün qadınları ənənələrlə yaşamağı sevmirlər. Əgər yoldaşları
onlara uyğun deyilsə, birdəfəlik ondan əl çəkməz, əvvəlcə
dəyişdirməyə çalışarlar. Bu qadınlar ünsiyyəti, yeni insanlarla
tanışlığı sevirlər. Onlar qohumlar arasında da isti münasibət
olmasının tərəfdarıdırlar. Bu qadın sevgiyə və romantizmə çox da
fikir verməz. O sadəcə ailəsində xoşbəxtlik, sakitlik olmasının
tərəfdarıdır.
Balıq bürcü qadını
Bu bürcdən olan qadın tərəf müqabilini seçərkən onda gözəllikdən
daha çox ağıl, məntiq axtarır. Bununla yanaşı onlar qısqanc və
yoldaşına çox bağlı olurlar. Nisbətən dəyişkən xarakterlidirlər.
Daim balıqların ətrafında böyük bir dost çevrəsi vardır, çünki
insanlarla ünsiyət qurmağı yaxşı bacarırlar.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...