Qoroskop
Səbuhi Rəhimlidən mayın 3-nə olan astroloji proqnoz
QOÇ - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.
BUĞA - Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər ovqatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş etdirməlisiniz. Bu gün çox pul xərcləməyin.
ƏKİZLƏR - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə alıb aktivliyinizi artırın.
XƏRÇƏNG - Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı problemləriniz olmayacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin.
ŞİR - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək.
QIZ - Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan qapıların açılmasına zəmin yaradacaq.
TƏRƏZİ - Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın.
ƏQRƏB - Yalnız saat 12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz.
OXATAN - Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Axşam qonaq getməyə dəyər.
OĞLAQ - Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olardı ki, nahardan sonra işə ara verib bir qədər dincələydiniz. Çünki axşam saatlarında astral bədəniniz zəifləyə bilər.
SUTÖKƏN - Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun.
BALIQLAR - Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək iqtidarında deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkan olsa, nahardan sonra səfərə çıxın.
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi