Qoroskop
Səbuhi Rəhimlidən mayın 20-nə olan astroloji proqnoz
QOÇ - Böyük layihələri reallaşdırmaq üçün əla vaxtdır. İdeyalarınızı həyata keçirməkdə pula heyifiniz gəlməsin, axı siz xəsis deyilsiniz. Bu gün davranış və üst-başınıza ciddi fikir verin.
BUĞA - Bürcünüz "hakimiyyət"inin son sutkasını yaşayacaq. Deməli, daha böyük işlərlə məşğul olmalı, son vaxtlar dəb halını alan dedi-qodudan uzaqlaşmalısınız. Maddi baxımdan da yaxşı vaxtdır.
ƏKİZLƏR - Aktiv fəaliyyətə başlamaq üçün nəhayət ki, mühit yetişəcək. Bu səbəbdən proqnozunuzu oxuyan kimi hərəkətə keçin. Amma özünüzə müttəfiq seçərkən maksimum tədbirli olun.
XƏRÇƏNG - Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.
ŞİR - Aldığınız yeni iş təkliflərinə tələsik razılıq verməyin. Hər şeyi yüz dəfə ölçüb-biçin. Lazım gəlsə, daha təcrübəli insanlarla məsləhətləşin. Nəqliyyatda diqqətli olun.
QIZ - Genetik fonunuz gücləndiyi üçün əsasən doğmalarınıza qarşı mehriban olun. Hər hansı yersiz ittihamdan, köhnə haqq-hesabları aydınlaşdırmaqdan çəkinin. Ulularınıza duaları əsirgəməyin.
TƏRƏZİ - Qarşınızda duran məsələləri həll etmək indi daha asandır. Sadəcə, qəti qərar vermək üçün özünüzdə güc tapmalısınız. İnanın ki, belə olsa, nəticədən razı qalacaqsınız.
ƏQRƏB - Sevgi amilinə daha çox yer ayırın. Çünki maddiyyatı fikirləşdikcə pul sizdən qaçır. Bu gün mənəvi rahatlığınızı təmin edib enerji yığın ki, qarşıda sizi gözləyən uğurlara gücünüz yetsin.
OXATAN - Gün ərzində müxtəlif xarakterli insanlarla təmaslarınız sizi bəzi mətləblərdən agah edəcək. Saat 16-18 aralığında isə ürəyinizcə olan hansısa hadisənin iştirakçısı ola bilərsiniz.
OĞLAQ - Son vaxtlar ətrafınızda olanlara "soyuq adam" təsiri bağışlamaqdasınız. Əslində belə olmadığınız üçün daxilinizdəkiləri büruzə verməyə çalışın. Axşama doğru ovqatınız yüksələcək.
SUTÖKƏN - Sizin qədər arzu-istəyi olan Zodiak işarəsi yoxdur. Amma niyyətlərinizin həyata keçməsi sizdən asılı olmadığı üçün gözləməlisiniz. Axı səbrliləri Allah da sevir.
BALIQLAR - Göy qübbəsi məsləhət görür ki, gün ərzində dinə zidd hərəkətlərə yol verməyəsiniz. Adicə kimisə acılamaq, xətrinə dəyən zarafat da olmaz. İşlə bağlı təkliflərə razılıq verin.
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ