Qoroskop
Astroloji proqnoz - 13 noyabr
Qoç - həll etməli olduğunuz məsələlər sizə
maraqlı gəlir və böyük entuziazmla işə girişirsiniz. Vaxtınızı boşa
vermir və buna görə də çox şeyə nail olursunuz. Yaradıcı münasibət,
qeyri-standart yanaşma tələb edən yeni layihələrə başlamaq
olar.
Bu gün başqalarının indiyədək bilmədikləri xüsusiyyətləriniz üzə
çıxacaq. Çoxlarını təəccübləndirəcəksiniz. İctimai və siyasi işlərə
marağınız artır, müvafiq tədbirlərdə iştirak edə bilərsiniz.
Enerjiniz çoxdur, yorğunluq hiss etməyəcəksiniz.
Buğa - məhsuldar və maraqlı gündür. İşləriniz
çox olmasa da, yorulmaq bilmirsiniz, planlaşdırdığınız hər işi
görüb qurtara bilərsiniz. Yeni ideyalarınızı reallaşdırmağı bir
qədər sonraya saxlayın, daha yaxşı məqamı gözləyin. Tezliklə çox
nüfuzlu bir adam sizə öz dəstəyini təklif edəcək.
Başqalarının işlərinə qarışmaq həvəsiniz güclüdür. Nəzakət
qaydalarını aşmayın, sizin üçün çox dəyərli bir insanın qəlbini
qıra bilərsiniz. Pul ala bilərsiniz, elə də böyük məbləğdə olmasa
da, əlinizdən tutacaq.
Əkizlər - yalnız entuziazm və qətiyyət
sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə,
siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona
çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin
üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza
güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar
edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.
Xərçəng - layihələrinizin uğurlu olacağına
şübhə etməyin - bu gün uğur sizindir. Şərait ən pis məcrada dəyişsə
də, hətta tərəfdaşlarınız da sizə dəstək verməkdən imtina etsələr
də, öz istədiyinizə çatacaqsınız.
Güzəştə getməyə hazırlığınız sayəsində yaxınlarınızla yaxşı
münasibətləri qoruyub saxlaya, boş şeylər üstündə mübahisələrdən
qaça biləcəksiniz. Günorta özünüz üçün vaxt ayırın, müsbət
emosiyalar almağa çalışın. Axşam başağrısı və yuxusuzluqdan əziyyət
çəkə bilərsiniz. Spirtli içkilərdən uzaq durun.
Şir - sakit və mehriban ünsiyyət günüdür. Sərt
məsələləri, fikir ayrılıqları yarada biləcək mövzuları müzakirə
etməməyə çalışın. Bu gün öhdənizə sülhyaratma missiyası düşür,
başqalarının həyatını asan və xoş etməlisiniz.
İşdə ciddi nailiyyət əldə etməyiniz şübhə doğurur, ancaq buna
rəğmən tezliklə sizə karyera pillələlərilə qalxmağa kömək edəcək
bir insanın dəstəyini qazanacaqsınız. Yaxınlarınızla dil tapmaq
asandır. Sevgiliniz də bu gün sözünüzü dinləyir. Axşamı evdə
keçirməməyə çalışın.
Qız - qətiyyətli və məqsədyönlüsünüz. Bu
yaxşıdır. Çünki qarşınıza qoyduğunuz məqsədlərə çatmaq elə də asan
deyil. Kimsə sizin mənəvi tarazlığınızı pozmaq, adamların içində
əsib-coşmağınız üçün əlindən gələni edəcək. Heç olmasa, üzdən
özünüzü sakit göstərməyə çalışın, əks halda nüfuzunuz yerlə bir
olacaq.
Qadınlarla dil tapmaq bu gün daha asandır, nəinki kişilərlə. Ancaq
bəzən xanımlar da sizinlə xoş olmayan zarafat etməyə çalışırlar.
Belə bir şəraitdə yaxın adamınızın dəstəyi lap yerinə düşər.
Tərəzi - əlinizi atdığınız hər bir işdə uğur
qazanırsınız. Məsələləri düzgün qoymaq bacarığı çox faydalı olacaq
- bunları yerinə yetirmək istəyənlər özlərini çox gözlətmirlər.
Yeni tanışlarınızda yaxşı təəssürat oyadırsınız, amma çalışın ki,
bunu qoruyub saxlaya biləsiniz. Ağlınıza maraqlı ideyalar, yeni
uzunmüddətli planlar gəlir.
Maliyyə işlərində səliqəli olmağınız şərtdir. Ödənilməmiş hesab,
borcunuz varsa, dərhal ödəməyə tələsin. İşdə yeni vəzifələriniz
peyda ola bilər, ofisdə istədiyinizdən artıq vaxt keçirməli
olacaqsınız.
Əqrəb - kölgədə qalmağa can atmayın: bu gün nə
qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır (özü də tək
sizin üçün deyil). Nüfuzlu şəxslərlə danışıqlar aparmaq, investor
və ya hami axtarmaq olar. Yeni başlanan işgüzar əlaqələr, sizin
istəyiniz olarsa, dostluğa, yaxud sevgiyə çevrilə bilər.
Pul ala bilərsiniz, bu, mükafat, yaxud həvəsləndirmə ola bilər.
Pulları sərf etməyə tələsməyin: tezliklə vacib bir layihəni
gerçəkləşdirmək üçün pula ehtiyacınız olacaq.
Oxatan - yaradıcı iş, qeyri-standart yanaşma
tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları
gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur,
darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda
dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması
mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini
dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə
dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.
Oğlaq - bu gün öz işlərinizi bir kənara qoyub,
başqalarının maraqlarını müdafiə edəcək, ətrafınızdakıları
sevindirəcəksiniz. Kimsə sizin xeyirxahlığınızdan sui-istifadə
etməyə çalışmayacaq, odur ki, insanlara yardım etmək həvəsinizi
boğmayın. Peşəkar əlaqələrinizi möhkəmlətmək zamanıdır. Çoxdankı iş
ortaqlarınızla görüşə bilərsiniz, güman ki, onlar sizə maraqlı
təkliflər edəcəklər.
Bu gün bilik ehtiyatlarınızı genişləndirin, elmi ədəbiyyat oxuyun.
Bir qədər yüngül əyləncələrə də baş vurmaq olar, dostlarınızın
əhatəsində gözəl vaxt keçirə bilərsiniz.
Dolça - qeyri-dəqiqliklər, qarışıqlıq sizi
özünüzdən çıxarır, bütün suallarınıza cavab tapmaq istəyirsiniz. Bu
gün bu mümkündür, ancaq diqqətli olun: aldığınız məlumat hərəkət
planı üçün əsas ola bilməz. Hər şeyi götür-qoy etmədən heç bir
addım atmayın.
Həm fiziki, həm də zehni güc tələb edən işləriniz çox olacaq. Yaxşı
formadasınız, ancaq ehtiyat barədə unutmayın. Axşam mütləq sakit
istirahət üçün vaxt tapın: kitab oxuyun, klassik musiqi
dinləyin.
Balıqlar - işgüzar ünsiyyət, vacib məsələlərin
müzakirəsi üçün əlverişli gündür. Mürəkkəb danışıqlarda özünüzü əsl
diplomat kimi hiss edəcəksiniz: aqressivlik, sərtlik göstərmədən
istəyinizə çata bilərsiniz.
Maliyyə baxımından uğurlu gündür, sövdələr uğurlu olacaq,
yatırımlar gəlir gətirəcək. Sevgidə bəxtiniz elə də gətirmir,
sevgililər arasında xırda incikliklər yarana bilər. Bu gün başlanan
romantik münasibətlər ciddi olmayacaq.
milli.az
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO