Qoroskop
Astroloji proqnoz - 4 dekabr
Qoç - Diqqəti işə cəlb etməklə uğurlar əldə etmək olar. Danışıqlar aparmaq, əməkdaşlığa başlamaq və işgüzar səfərlər üçün münsib gündür. İş partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin yekdil mövqeyə gələ biləcəksiniz. Həyat potensialı yüksək səviyyədə olacaq, ovqatınız pis olmayacaq.
Buğa - siz bu çətin gündə qarşısına qoyduğu
məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin
inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu
bir vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin
bununla özünüzə düşmən qazanmaq riskinə gedirsiniz.
Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu
gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul
üstündə mübahisələr istina olunmur. Bu məsələdə bir qədər güzəştə
getmək pis olmaz.
Əkizlər - Çətin vəziyyətdən qalib kimi, yalnız çətinliklərdən qorxmayan və açılmayan qapını dəfələrlə döyməyə hazır olan adamlar çıxa biləcəklər. İstənilən məqsədə çatmaq üçün böyük enerji sərfi tələb olunur. Yalnız həyat potensialının yüksək olması sayəsində səhhətlə bağlı problemlərdən yayınmaq mümkündür.
Xərçəng - yeknəsək və darıxdırıcı gündür.
Həyatınıza müxtəliflik gətirmək, ərafdakıları "oyatmaq" istəsəniz
də, bu, yaxşı heç nə vermir. Sizin ideyalarınız yalnız mənfi
reaksiya doğuracaq. Yaradıcılıq potensialınızı ortaya qoymaq çox
çətindir. Çünki sizdən başqa heç kim fikirlərinizin həyata
keçirilməsinin mümkünlüyünə inanmır.
Şəxsi münasibətlərlə yaxşılığa doğru dəyişikliklər ola bilər.
Təşəbbüskarlığa tələsməyin. Bu gün qətiyyətli hərəkətlər yox,
ehtiyatlılıq tələb olunur. Səfərlərdə də ehtiyatlı olun. Yolda
zədələr və naxoşluq mümkündür.
Şir - gün çoxsaylı çətinlik və sınaqlar
gətirəcək. Gününüz çətin keçəcək. Sevindirici bircə şey var -
yanınızda bel bağlanası adamlar yox deyil. Yaxınlarınızla
qarşılıqlı anlaşma qaydasında olacaq, həmkarlarınız köməklik
göstərməkdən imtina etməyəcək, hətta təsadüfi tanışlarınız da imkan
düşdükcə sizi dəstəkləyəcəklər.
Səfərlər uğursuzluq vəd edir. İşgüzar görüşlər də ümidlərinizi
doğrultmayacaq. Maliyyə mənzərəsi kədərlidir. Başa düşəcəksiniz ki,
son vaxtlar imkanlarınızı, olduğundan yüksək qiymətləndirirsiniz.
İş yerini dəyişmək və ya uzunmuddətli müqavilələr imzalamaq üçün
əlverişsiz gündür.
Qız - hətta kimsə özündə bir balaca əmək
entuziazmı tapsa belə, təkbaşına hünər göstərməli olacaq. Bu isə
uğur şanslarını əhəmiyyətli dərəcədə azaldır. Enerjili həmfikir
tapmaq ehtimalı isə yox dərəcəsindədir.
Bekarlığa meyllilik şəxsi həyata da təsir edəcək. Bu günə təyin
olunmuş görüşlər boş səbəblər üzündən təxirə salınacaq, təşəbbüslər
isə soyuq qarşılanacaq. Əvəzində axınla getmək və bekarlıqdan həzz
almaq olar.
Tərəzi - öz tənbəlliyinizlə mübarizə aparmalı
olacaqsınız. Bu gün işgüzar aktivlik aşağı səviyyədədir, həllini
gözləyən vəzifələr isə az deyil. Köməkçiləriniz etimadı
doğrultmayacaq və başa düşəcəksiniz ki, hər şeyin öhdəsindən özünüz
daha yaxşı gələ bilərsiniz. Odur ki, döyüşkən ruha köklənin və
özünüzə tez-tez xatırladın ki, əməklərinizin mükafatı özünü çox
gözlətməyəcək.
Yaşlı qohumlarınızla münasibətlərə diqqət yetirmək məsləhətdir. Bu
gün onlara qayğınız xüsusilə lazımdır. Günün ikinci yarısı
ailənizin yanında sakit istirahət üçün münasibdir.
Əqrəb - Gün əlverişsiz emosional fonu ilə fərqlənəcək. Bu, bir çox münasibələrdə, ilk növbədə, romantik münasibələrdə gərginliyə səbəb olacaq. Sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək, qısqanclıq və şübhələrlə bir-birilərinə əziyyət verəcəklər. Barışmaq isə olduqca çətin olacaq.
Oxatan - yeni başlanğıclar üçün əlverişsiz gündür. Lakin köhnə layihələri sona çatdıra biləcəksiniz. Ehtiyatlılıq nümayiş etdirmək lazımdır. Çünki qarşıdakı günlərdə neqativ tendensiyaların təsiri güclənəcək və bununla bağlı probelmlər yarana bilər. Yeni partnyorlarla əməkdaşlığa başlamaq məsləhət deyil. Sizə etibarlı dayaq lazımdır.
Oğlaq - sizi ağır gün gözləyir. Siz
çətinliklərə hazır olsanız belə, bu qədər ciddi vəziyyətlə
qarşılaşacağınızı qabaqcadan ağlınıza da gətirə bilməzdiniz.
Rəhbərlik və işgüzar mühitlə münasibətləriniz korlanacaq. Heç kim
problemlərin həllində sizə yardımçı olmaq istəməyəcək.
Gücünüzü toplamağınız lazımdır. Səhvlər yolverilməzdir. Bu, həm iş,
həm də şəxsi sahəyə aiddir. Unutmayın ki, hamıdan gizli saxlamağa
üstünlük verdiyiniz sirrin üstü bu gün açıla bilər.
Dolça - uğurlu və məhsuldar gündür. Daha çox
işləyin və əməyinizin mükafatı sizi məyus etməyəcək. Zəngin
fantaziyanız sayəsində başqalarının həll edə bilmədikləri
problemlərdən çıxış yolu tapa bilərsiniz.
Şəxsi münasibətlər baxımından çox alverişli gündür. Yaxınlarınızla
ünsiyyət və sevgi görüşləri üçün münasibdir. Yeni romanın başlaması
mümkündür.
Balıqlar - kifayət qədər çətin gündür. Birbaşa
fəaliyyət göstərmək heç cür mümkün olmur, manevrlər etmək,
fəndgirliyə əl atmaq lazım gəlir. Təəssüf ki, intriqalar meydanında
bədxahlarınız daha yaxşı oynayırlar. İşgüzar danışıqlar üçün
münasib gün deyil.
Sizə təzyiq göstərmək istəyən yaxın adamlarla dil tapmaq xeyli
çətindir. Maraqlarınızı müdafiə etmək üçün kifayət qədər sərt
davranmaq lazım gələcək. Yaşlı nəslin nümayəndələri ilə münaqişələr
mümkündür.
milli.az
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ