Qoroskop
Astroloji proqnoz - 10 dekabr
Qoç - yeni bir layihənin başlanması üçün uğurlu
gündür. Özünüzü kommersiya, yaxud yaradıcı sahələrin birində sınaya
bilərsiniz. İşgüzar danışıqlar məhsuldar ola bilər.
Ünsiyyət, insanların çox olduğu yerlərə getmək, ziyafətlərdə
iştirak üçün yaxşı gündür. Yeni tanışlıqlar mümkündür.
Yaxınlarınızla dil tapmaq isə istədiyiniz kimi asan deyil, xeyli
tər tökməli olacaqsınız.
Buğa - bu narahat günün çox hissəsini ailə
qayğılarına və problemlərə həsr etməli olacaqsınız. Özünüzü
tamamilə rutin işlərə həsr etməyin, çalışın, doğrudan da, xoşunuza
gələn məşğuliyyət tapasınız. Dostlarla görüşlər, birlikdə
gəzintilər əhvalınızı qaldırır, özünüzü daha yaxşı hiss etməyə
kömək edir.
Hansısa yeni, qeyri-adi münasibətlərin, hətta ciddi romantik
macəranın başlanması mümkündür. Tamamilə başınızı itirərək, bütün
şübhələri bir kənara atıb yeni hissə qapılırsınız. Nəticələri
təxmin etmək həddən artıq çətindir.
Əkizlər - sağlam düşüncəni yadına salan yoxdur.
Yeni bir layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Ancaq bu
zaman bilik və gücünüzü düzgün qiymətləndirməlisiniz. Uğura
güvənməyin: qələbə üçün zəhmət çəkmək gərəkdir.
İstədiyiniz hər şeyi dərhal əldə etmək hər zaman alınmır. Yalnız ən
dözümlülər qazanacaqlar. Qohumlar arasında münasibətlər düzəlir,
dostlar fikir ayrılıqları barədə unudur, sevgililər inciklikləri
geridə qoyurlar. Qəfil təkliflər mümkündür.
Xərçəng - heç də düşündüyünüz kimi pis gün
deyil. Ciddi nailiyyət və başgicəlləndirici qələbə qazanacağınıza
hazırlaşmayın. Çox mümkündür ki, bunların miqyası xırda olacaq,
amma kefiniz korlanmayacaq. Qabaqlar böyük həvəslə başladığınız işə
marağınız azalır. Bir az fasilə verib istirahət edin.
Gəzintiyə, yaxud ekskursiyaya, ən yaxşısı - romantik səyahətə
gedin. Şəraitin dəyişməsi və sevdiyiniz şəxslə birlikdə vaxt
keçirmək imkanı çox faydalı olacaq. Bir çox Xərçənglərin kefini
uşaqlarla ünsiyyət açacaq.
Şir - şərait bəzən o qədər də yaxşı olmasa da,
inadınız sayəsində çox şeyə nail olursunuz. Tez-tez özünüzü
nahaqdan riskə ataraq düşünülməmiş hərəkətlər edirsiniz. Pul ala
bilərsiniz.
Bu gün Şirlərin çoxu həyatlarında nəyisə dəyişməyin vaxtı gəldiyini
düşünəcəklər. İntuisiyanızın dediklərini dinləsəniz, pis olmaz, o,
sizə doğru yol seçməkdə kömək olacaq. Axşam yaxşı xəbərlər
alacaqsınız. Bəzi Şirlərə isə yol görünür.
Qız - parlaq, yaddaqalan gündür. Nikbin,
mərhəmətli, cazibədar və həyatsevərsiniz. Təəccüblü deyil ki,
çoxları vaxtlarını sizinlə keçirmək istəyirlər. Xeyli maraqlı
təklif alırsınız. Yaradıcı potensialınız yüksəkdir, cari
problemlərin orijinal həll yollarını tapırsınız.
Bir çox Qızlar bu gün aşiq olur, başlarını itirirlər. Sizi xeyli
romantik macəra gözləyir. Sevgilisi olanlar isə bu gün öz yarlarını
sevindirmək üçün imkan tapacaqlar.
Tərəzi - ciddiləşin, o zaman heyrətamiz
nəticələr qazana bilərsiniz. Nailiyyətləriniz inanılmaz ola bilər,
ancaq bu zaman gərək xırdalıqları unutmayasınız, başqalarının
diqqət yetirmədiklərini görməyə çalışın. Güclü intuisiyanız və
fərasətiniz sayəsində düzəldilməsi mümkün olmayan səhvlərdən
qaçacaq, yumorun hesabına isə ətrafdakılarla münasibətləri
yumşaldacaqsınız.
Kütlə qarşısında çıxışlar və ictimai tədbirlərdə iştirak üçün
münasib gündür. Yeni tanışlıqlar xeyrinizədir. Buna baxmayaraq, bu
gün rastlaşacağınız insanlar sizdə güclü təəssürat
yaratmayacaqlar.
Əqrəb - mərhəmət və əliaçıqlıq göstərib,
ehtiyacı olanlara qayğı göstərməyə, çətin şəraitdə qalan insanlara
yardım etməyə meyllisiniz. Sizin layiqli davranışınız mükafatsız
qalmır. Hadisələrin uğurlu inkişafı çoxdankı ideyalarınızı
gerçəkləşdirməyə imkan verəcək.
Yeni biliklər öyrənməyə, dünyagörüşünüzü genişləndirməyə çalışın.
Yeni maraq və hobbilərinizin yaranması mümkündür. Kimi istəsəniz,
özünüzə aşiq edə bilərsiniz, ancaq bir dəqiqə də olsun,
soyuqqanlılığınızı itirməyəcəksiniz.
Oxatan - özünüzə qarşı tələbkarsınız. Bu, çox
faydalıdır, çünki öz hisslərinizi ayırd etməli, bu yaxınlarda
etdiyiniz hərəkətləri yenidən qiymətləndirməlisiniz. Əsas odur ki,
öz nailiyyətləriniz barədə unutmayasınız, yoxsa əhvalınız
korlanacaq. Özünüz özünüzü tərifləyin, yaxud bunu səmimi qəlbdən
edən birini tapın.
Bu günə geniş əhatəli planlar qurmayın, cari problemlərin həllilə
məşğul olun. Bəzi Oxatanlar nüfuzlu hamilər tapır, bəziləri,
nəhayət ki, maaşlarının artmasına nail olurlar.
Oğlaq - bir çox planlar pozula bilər, ancaq
çətin ki, bu, kiminsə qanını qaraltsın: şəraitə alışmaq
məcburiyyəti, nədənsə, qıcıq deyil, entuziazm yaradır.
İdeyalarla bölüşmək, onları müzakirəyə çıxarmaq, həmçinin həmfikir
axtarmaq olar. Hədiyyələr, xoş sürprizlər mümkündür. Təmtəraqlı
tədbirlər və ziyafətlər əla keçir. Sənət əsərləri, eksklüziv zinət
əşyaları ala bilərsiniz.
Dolça - gözlənilməz kəşflər və faydalı
tapıntılar günüdür. Məntiqlə intuisiya arasında balansı tapınca
rəqibləriniz qarşısında 1:0 üstünlük qazanacaqsınız. Qəfil xəbərlər
sizə ilham verir, hiss edirsiniz ki, çox şeyə qadirsiniz.
Cazibəniz artır, insanlar sizə doğru can atırlar. Yeni dostlar,
yaxud ömür-gün yoldaşı tapa bilərsiniz. Pulgir olmayın: bu gün pul
dalınca qaçmağınız qətiyyən məsləhət deyil, həyatda daha dəyərli
şeylər var.
Balıqlar - asan gün deyil. Baş sındırmalı
olacaqsınız və intellektual zəhmət sizə xeyli həzz verəcək.
Üstəlik, nəhayət ki, problemlərin həllini tapacaqsınız. Yəni
özünüzlə qürrələnməyə daha bir imkan yaranır.
Mənasız söhbətlərə, birbaşa sizin həyatınıza aid olmayan
məsələlərin müzakirəsinə vaxt ayırmayın. Bir yerdə oturmayıb, iş
görsəniz, çox gözəl olar. Günün ikinci yarısı uğurlu səfər
gözlənilir. Pul, hədiyyə ala bilərsiniz.
milli.az
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...