Qoroskop
Astroloji proqnoz - 29 iyun
Qoç - günün ilk yarısında bütün işləri
istədiyiniz kimi yerinə yetirmək mümkün deyil. Yaxın ətrafınızdakı
insanlardan bir neçəsinin müqavimətini hiss edəcəksiniz. Tənbəllik
etməyin, aktiv olun. Həllini tələb edən məsələlər arasında ən
önəmlisini seçərək onu çözməyə başlayın.
Mühafizəkar olun.
Günün ikinci yarısında səbrli və təmkinli olsanız, işlərinizdə
əhəmiyyətli dərəcədə irəliləyə bilərsiniz. Etibarlı tərəfdaşlardan
dəstək almağa çalışın.
Cazibədar təsir bağışlayan, amma şübhəli məsələlərə aldanmayın.
Məşğul olduğunuz işlə bağlı təkliflərə aldanmayın. Diqqətli
olun.
Buğa - günün ilk yarısında maraqlarınız və
qayğılarınızın sayı artacaq. Sakit zaman deyil. Çox adama
lazımsınız. Kiməsə yardım etməli olsanız, minnətdarlıq gözləməyin.
İndi hamı öz işi ilə məşğuldur.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar arasında
kreativ yanaşma nümayiş etdirənlər var. Ümumi maraqları və
məqsədləri təhlil etmək olar. İnformasiya ilə iş, yazışma üçün
yaxşı zamandır. Ünsiyyətdə sayıq olun.
Axşam saatlarında səhhətinizə fikir verin.
Əkizlər - yeni əlaqələrin qurulması və ya zəif
münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli zaman deyil.
Məntiqə əsaslanın, ətrafınızdakı insanlara çox güvənməyin.
Paxıllarla bədxahlarınızın məkrli planlarını alt-üst edin.
Günün ikinci yarısında sizi aldatmağa çalışacaqlar. Gerçəklə yalanı
ayrıd etməsəniz, itkilər verəcəksiniz. İşdə təşəbbüslərinizi
rəhbərlik dəstəkləyəcək.
Səmimi olun, gülərüz insan təsiri bağışlayın. Ailə üzvlərinin
məsləhətlərini dinləyin.
Xərçəng - əsas məsələ düşünülməmiş addımlar
atmamaqdır. Məsul işə başlayanda xırdalıqları və detalları
qulaqardına vurmayın. İstehsalat prosesinə qatılıbsınızsa, səhvlərə
yol verməyin. Sifariş və tapşırıqları vaxtında yetirin.
Günün kiinci yarısında yaxınlarınızdan birinə təcili kömək
göstərin. Yaxşı bələd olmadığınız insanlarla söhbətlərdə sirləri
açmayın. Diqqətli olun, sayıq davranın.
Şir - günün ilk yarısı yeni işə başlamaq,
layihəyə start vermək üçün əlverişlidir. Maraqlandığınız sahədə
fəaliyyət göstərə bilərsiniz. Yaşam və ya iş yerini dəyişmək üçün
münasib zaman deyil. Kollektiv çalışmaq daha yaxşıdır.
Günün ikinci yarısında yeni şəriklə münasibətlərin detallarını
dəqiqləşdirin. Sevdiyiniz insana hədiyyə verməyi unutmayın. Bununla
belə kimsəni ideallaşdırmayın. İnsanlarda xas olmadıqları
məziyyətləri görməyə can atmayın.
Axşam saatlarını internetdə məlumatlar aramaqla keçirmək də
olar.
Qız - hisslərə uymayın. Absurd təklifləri
dərhal rədd edin. Nə istədiyinizi dəqiqləşdirin, xəyallara
qapılmayın. Maliyyə, əmlak məsələlərində, hətta şəxsi
münasibətlərdə anlaşılmaz vəziyyət yarana bilər.
Günün ikinci yarısında münasibətlərdə qarşılıqlı anlaşmaya və
etimada nail olun. Sinirli davranış, şübhələr təmaslara çox ağır
zərbə vura bilər. Mənasız qısqanclığa heç bir səbəb yoxdur.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilk yarısı uğur vəd edir.
Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, yeni zirvələr fəth edə
bilərsiniz. Şəxsi münasibətləri peşəkar problemlərə qatmayın.
Emosionallıq cari durumda yalnız mənasız sədlər yarada bilər.
Günün ikinci yarısında çalışdığınız yerdə aktiv və təşəbbüskar
olun. Vəzifə səlahiyyətlərinizi aşmayın, tapşırıqları vaxtında
yerinə yetirin.
Yaxınlarınızla təmaslarda qayğıkeş və diqqətli olun. Ailə ilə daha
çox vaxt keçirin.
Əqrəb - ötənlərdəki problemlərin çözümünə
vararaq vaxtınızı boş işlərə sərf etməyin. Olanlar sizə mənfi təsir
etməməlidir. Yalnız hərəkət etməyənin səhvlərə yol vermədiyini
xatırlayın. Problemlər o qədər də ağır deyil.
Günün ikinci yarısında əmlak və maliyyə məsələlərində xüsusilə
diqqətli, sayıq davranın.
Yeni biznes layihəyə başlamaq üçün əlverişli zamandır.
Yaxınlarınızla, dəyər verdiyiniz insanlarla söhbətdə gərəkli
sözləri seçin. Qayğıkeş və mərhəmətli olun.
Yalnız belədə məqsədə çata bilərsiniz.
Oxatan - irreal məqsədlərə can atmayın, illüzor
hədəflərin əsiri olmayın. Romantika zamanı deyil. Təfərrüatlarına
yaxşı bələd olmadığınız işə başlamayın.
Gəlir mənbələrini artırmaq imkanları var. Təsadüflərdən yararlanın,
şansları dəyərləndirin.
Günün ikinci yarısında faydalı əlaqələrin sayını artırmaq, yeni
dost və ya tərəfdaş qazanmaq olar. Əks cinsin mənsubu ilə söhbətdə
xüsusilə diqqətli olun. Yeni tanışlıqda tələsəkənliyə yol
verməyin.
Axşam saatlarını sevdiyiniz insana ayırın.
Oğlaq - yaxın ətrafınızdakı insanların sizə
təsiri artmamalıdır. Başqalarının maraqlarını öz istəkləriniz kimi
qəbul etməyin. Yaxşı tanımadığınız insana inanmayın.
Günün ikinci yarısında məqsədə doğru hərəkətin vacibliyi əla
stimula çevriləcək. Maliyyə durumunuzu möhkəmləndirin. Əlavə gəlir
mənbələri əldə etməyə çalışın.
Sevdiyiniz insanlarla münasibətlərdə romantikanı artırın.
Dolça - maraqlarınızın təminatı üçün qətiyyətli
və iradəli olun. Münasibətlərin, əməkdaşlığın perspektivlərini
müzakirə edin. İşləri paylaşdırın. Birgə fəaliyyətə ehtiyac var.
İnformasiya məkanı rəqabət mübarizəsi yerinə çevrilə bilər.
Günün ikinci yarısında qərar qəbul etməzdən əvvəl yaxşı düşünün,
hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən keçirin.
Fəaliyyət müstəvisindəki əlavə, artıq motivlərə aldanmayın.
Yeni planı reallaşdırmağa başlamaq olar.
Axşam saatlarında istədiyiniz, bəyəndiyiniz kimi dincəlin.
Balıqlar - qarışıq, hadisələrlə zəngin
zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivliyinizi
yaxşı planlaşdırın. Danışıqlar və söhbətlər çox olacaq.
Problemlərin həllini primitivləşdirməyin.
Günün ikinci yarısında önəmli məlumat alacaqsınız. Prioritetləri
yeniləmə zamanıdır. Bir neçə obyekt diqqət tələb edir. İşgüzar
münasibətlərdə potensialınızdan tam istifadə edin.
Qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.
Axşam saatlarında normal istirahət edin.
Milli.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR