Qoroskop
Astroloji proqnoz - 8 avqust
Qoç - Baş verənləri anlamaq üçün harmoniyaya
ehtiyacınız var. Estetik, qastronomik, maliyyə tələblərinizin
ödənməsinə can atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini
ayırd etməyi bacarın. Ən əlverişli variantı seçin.
Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu
düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən
danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət
duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar.
Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.
Buğa - Rəqibləri zəif saymayın,
problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə
olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və
qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən
insanlar sizinlə çalışmaq istəyəcəklər. Məhsuldar əməkdaşlıq
başlana bilər.
Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan
gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya
yarana bilər.
Əkizlər - Emosional baxımdan zəngin gündür.
Yaxın ətrafınızdakı insanlardan daha çox məlumat əldə edin.
Situasiyanın təfərrüatlarına bələd olun. Tapşırıq və ya sifariş
alsanız, detalları dəqiqləşdirmədən işə başlamayın.
Günün ikinci yarısında məqsədə doğru aparan yolda qarşınızı kəsəcək
maneələr və sədləri qətiyyətlə dəf edin. Fırıldaq, saxtakarlıq
qurbanı olmamaq üçün həssas, diqqətli olun. Yerinə yetirə
bilməyəcəyiniz vədlər verməyin.
Axşam saatlarında stressdən qurtulun. Əsəbləriz dincəlməlidir.
Xərçəng - Olayların bəzilərini əvvəlcədən
planlaşdırmaq mümkün deyil. Gözləntilər və ehtimallarda ifrat
dərəcədə nikbin olmayın. Potensialınızı, imkanlarınızı dürüst
qiymətləndirin. Xam xəyallara qapılmayın.
Günün ikinci yarısında yeni biliklər və bacarıqlar əldə etmək
mümkündür. Nəqliyyatda nasazlıq, yolda problemin yaranması istisna
deyil. Başqalarının işlərində aktiv iştirak etməyin. Nə isə
alınmasa, sizi suçlu biləcəklər. Aldığınız məlumatları diqqətlə
yoxlayın. Şayiələrə və dedi-qoduya inanmayın.
Axşam saatlarında səhhətinizə fikir verin.
Şir - Günün ilk yarısında texniki nasazlıqlar,
iş yerində qəfil problemlərin yaranması istisna deyil. Əvvəlcədən
planlaşdırılmış görüşün baş tutmaması da mümkündür. Bunun səbəbi
sözləşdiyiniz insanla məkan və zaman anlaşmasının şərtlərinə əməl
olunmamasıdır.
Günün ikinci yarısında başqalarının intriqalarına hədəf olmayın.
Hədəfləri saf-çürük etmək gərəkdir. Maliyyə vəsaitinizin qədrini
bilin. Bədxərclik etməyin.
Zərurət varsa, planlarda dərhal dəyişikliklər edin.
Qız - Maliyyə və maddi-texniki problemlərin
həllində aktiv davranın. Nevroz olmayın. Bacardığınızdan artıq
işləri görməyə başlasanız, ifrat yorğunluğa düçar olacaqsınız.
Vaxtınızı mənasız işlərə sərf etməyin.
Günün ikinci yarısında çalışdığınız kollektivdə uğursuzluqla
qarşılaşmağınız, yaxınlarınız və qohumlarınızla münasibətlərdə
anlaşılmazlıqların yaranması istisna deyil. İş və ya yaşam
arealının dəyişdirilməsi üçün münasib zaman deyil. Hansısa işlərdə
axsamalar, ləngimələr yaranırsa, səhvlərinizdə başqalarını
suçlamayın.
Günah yalnız sizdədir.
Tərəzi - Səfərdə, yazışmada və ya söhbətdə
anlaşılmazlıq yarana bilər. Maddi məsələləri vaxtında həll etmək
istəyirsinizsə, yalnız öz qüvvənizə və potensialınıza bel
bağlayın.
Kiminsə gecikməsi və ya səhlənkarlığı planları poza bilər. Yalan
qurbanı olmayın, deyilənlərə sidq-ürəkdən inanmayın.
Günün ikinci yarısı yeni əlaqələrin formalaşması, müzakirələr,
sövdələşmələr və seçim üçün əlverişli deyil. Özünüzlə çox pul
gəzdirməyin. Yeni layihəyə başlamaq fikriniz varsa, ciddi
düşünün.
Tələsik addımlar atmayın.
Əqrəb - Yaranmış situasiya sizdən çeviklik,
sürət, mütəhərrik davranış tələb edir. Cari duruma uyğunlaşmağa
çalışın. İşdə rəhbərliyin artan tələbkarlığı və ya əmək şərtlərinin
dəyişməsi ilə bağlı müəyyən diskomfort istisna deyil.
Günün ikinci yarısında yolda ehtiyatlı olun. Fors-major olayın
səbəbkarına çevrilməyin. Məsuliyyətli və ağır iş görməlisinizsə,
problemin həll yollarını əvvəlcədən düşünün. Ən optimal variantı
seçin.
Axşam saatlarını özünüzə həsr edin.
Oxatan - Günün ilk yarısında yaranacaq
mübahisədə təmkinli davranın. Başqalarının diskussiyasında
müşahidəçi olsanız, eşitdikləriniz və ya gördükləriniz barədə
yalnız obyektiv rəyinizi bildirin. Əsla yalan danışmayın.
Günün ikinci yarısında kimsənin tərəfini tutmayın. Neytral qalmağa
çalışın. Mübahisə zəmini olan predmet və ya hadisə ilə bağlı
müfəssəl bilgiləriniz yoxdursa, çox danışmayın. Müstəqil fəaliyyət
göstərin. Ailə üzvləri və ya qohumlarla ünsiyyətdə hakim rolunu
oynamağa çalışmayın. Qayğıkeş, şəfqətli olun.
Oğlaq - Yaşanan olayları diqqətlə müşahidə
edin. Ayıq olun. Rəqiblərin sizi geridə qoymasına imkan verməyin.
İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Özünüzü az qala
bütün situasiyalarda haqlı saymayın.
Nöqsanlardan xali olduğunuzu unutmayın.
Günün ikinci yarısında ideala can ataraq işlərin gedişatını
uzatmayın. Eşitdiyiniz hər sözə kor-koranə inanmayın. Sizi
aldatmağa, yanlış istiqamətə yönləndirməyə çalışırlar. Axşam
saatlarında səhiyyə müəssisəsinə yollanmayın.
Dolça - Mənasız illüziyalardan, əsassız
fantaziyalardan qurtulun. Cari işləri yerinə yetirməkdən usanmayın.
Yeknəsəqlikdən şikayətlənərək süstlüyə qapılmayın. Yaradıcılıqla da
məşğul olmaq mümkündür.
Günün ikinci yarısında sifariş və ya tapşırıqların yerinə
yetirilməsi zamanı maksimum dərəcədə dəqiq olun. Hesablamalarda,
məlumat bazaları ilə işdə, uzunmüddətli planlaşdırmada
yanlışlıqlara yol verməyin.
Axşam saatlarında kompüterdən, internetdən uzaq durun.
Açıq havada gəzin.
Balıqlar - Axınla hərəkət edin, hadisələrin
məcrasında kəskin dəyişikliklərə can atmayın. Yaşam prosesləri
üzərində nəzarəti tamamən itirməyin. Təmkinli və səbrli olun,
emosiyalara uymayın.
Günün ikinci yarısında yolda ehtiyatlı olun. Sükan arxasında
diqqətiniz yayınmasın. İnformasiya ilə iş, hesablamalar səliqə
tələb edir.
Axşam saatlarına yaxın bir qədər dincəlin. Stressdən qurtulmağa
çalışın (Milli.Az).
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO