Qoroskop
Astroloji proqnoz - 21 avqust
Qoç - İşlərin yeni ritmi üçün təkanları təmin
edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti
olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq
paylaşdırın.
İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə
üstünlük verin.
Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz.
Situasiyaya təmir rıçaqlarını zəiflətməyin.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana
bilər.
Buğa - İşlər və münasibətlər ciddi yanaşma tələb
edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə
gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir
verin.
Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı və məzmunlu
olacaq.
Görüş və danışıqlar üçün sərfəli gündür. Aydınlaşdırmaq və sonra da
unutmaq istədiyiniz problemləri müzakirə edin.
Yaxın gələcəklə bağlı planları səbatlı hala salın.
Alış-veriş üçün uğurlu vaxtdır.
Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin.
Axşam saatlarında evdə istirahət edin.
Əkizlər - Cari işlərlə məhdudlaşsanız da, mümkün
qədər çox iş görməyə çalışın. Səliqəli çalışın, hər işi sona
çatdırın.
Hərəkət aktivliyində xeyir var. Amma əlavə işlərin sayını artıraraq
özünüzü yormayın.
Bəzi məqamlar stressə səbəb olsa belə, səylərinizin nəticəsi
pozitiv olacaq. Problemlərlə yanaşı, yeni, maraqlı ideyalar və bu
ideyaları gerçəkləşdirmək istəyən insanlar yaşam arealınızda peyda
olacaqlar.
Boş vaxtınız olarsa, dincəlin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Xərçəng - Ətalətli və tənbəl olmayın. Böyük işə
başlamaq üçün yetərincə enerjiniz var. Qəfil xəbər, ideya, diqqətin
yeni detallara yönəlməsi və hətta planlarda dəyişikliklər ola
bilər.
Yaradıcı insanlar, maraqlı ideyanı reallaşdırmaq istəyən şəxslər
üçün yaxşı gündür.
Təkrarsız fikir, təbiilik, qərarlardakı spontanlıq təəssüratları
artıra bilər.
Həmfikirlərinizlə birlikdə bir tədbirə qatıla bilərsiniz.
Emosiyaların dalğalanması istisna deyil. Hisslərin izharından
yararlanmağa çalışın.
Günün ikinci yarısında problemin həllini intuitiv olaraq
aşkarlayacaqsınız.
Problemli sahəni aşkarlasanız, bu barədə tərəfdaşa da məlumat
verin.
Şir - Maddi perspektivlər yaxşılaşır, imkanlar
artır. Diqqətli, səliqəli və qətiyyətli olun. Bir işi yarımçıq
qoyaraq başqasına başlamayın. Prioritetləri müəyyənləşdirin.
Ehtiyac yaranarsa, həmkar və ya yaxınlarınızdan birini yardıma
çağırın. İşləriniz və problemlərinizin bir hissəsini onlara həvalə
edə bilmək üçün diplomatik qabiliyyətlərinizi işə salın.
Günün ikinci yarısında ən faydalı məqam işlərdə fəndgir davranmaq,
sərfəli məqamlardan istifadə etmək və sırf maddi dəyərləri təhlil
etməkdir.
Münaqişələrə qatılmayın, ailə üzvləri ilə mübahisə etməyin.
Dostlar maraqlı ideyalar səsləndirərək sərfəli məsləhətlər verə
bilərlər.
Qız - Mühüm olay vəd edən gündür. Dəyişikliklər və
ya fəaliyyət obyektinin rekonstruksiyasına başlayın.
Münasibətlərdəki yeniliklər perspektivlərinizə də müsbət təsir
edəcək.
Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihələrdən
dividendlərin əldə edilməsi istisna deyil.
Günün ikinci yarısında səhvlər aşkarlanacaq və siz dürüst
addımların məntiqi ardıcıllığını anlayacaqsınız. Məhsuldar
tərəfdaşlıq üçün yeni imkanlar yaranır.
Çoxdan başladığınız layihəni və ya indi gördüyünüz işi
təkmilləşdirin.
Dəyişikliklər perspektivdə yüksək nəticələrə səbəb ola bilər.
Tərəzi - Yaşam və fəaliyyətlə bağlı mövqelərinizlə
dünyagörüşünüzdə dəyişikliklər etmək zamanıdır. Yeni perspektivlər
var, hiss edirsiniz?!
Hadisələrin axarı təşəbbüs və istəklərinizdən asılı deyil.
Əsas odur ki, seçim zərurəti ilə qarşılaşsanız, təlaşa düşməyin və
düşünülmüş addım atın.
Gözlənilməz görüş, münasibətlərlə işgüzar əlaqələrin bərpası
mümkündür.
Kənar şərtlər olayların uğurlu inkişafına təkan verə bilər. Bir
şərtlə ki, tələsməyəsiniz, həmsöhbətinizə diqqətlə qulaq
asasınız.
Əlavə işdən boyun qaçırmayın.
Poçtu yoxlayın - uzaqdan xəbərlər gələ bilər.
Ev işləri və ailə qarşısındakı öhdəliklərin yerinə yetirilməsində
diqqətli olun.
Əqrəb - Gün dəyişikliklər vəd edir. Yaşam
arealınızın keyfiyyətini artırın. Artıq başladığınız işin
rekonstruksiyası ilə məşğul olun.
Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli
layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq
şansları var.
İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, məktub və danışıqlara
fikir verin.
Baş çəkməyi arzuladığınız yer varmı?
İnformasiya gələn kanalları açıq saxlayın, sizinlə təmasda olmaq
istəyən insanla əlaqə saxlayın.
Səhhətinizə fikir verin.
Pəhrizə başlamaq olar.
Oxatan - Yeni işə başlamaq üçün əlverişli
zamandır. Qıcıq, səbəbsiz təşviş, işlərin cari vəziyyəti ilə bağlı
narazılıq hissləri yarana bilər.
Kiçik və önəmsiz detallara izafi fikir verərək diqqətinizi
yayındırmayın. Mövqelərinizi daha səbatlı, daha möhkəm edin.
Yaxın gələcəkdə özünüzü daha qətiyyətli hiss etməyiniz üçün
usanmadan irəliləyin.
Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın
genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.
Fəaliyyətinizi səhih təşkil edin. Toplantılara qatılın, faydalı
əlaqələrin sayını artırın.
Səhhətinizi qoruyun. İnfeksiya, zökəm istisna deyil.
Oğlaq - Yerinə yetirdiyiniz iş nəzərdə
tutduğunuzdan artıq vaxt tələb edə bilər. Fəqət sizi
maraqlandıracaq yeni nüanslar aşkarlanır.
Əlavə işə başlamaq, unudulmuş planları xatırlamaq olar.
İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə
ehtiyac yaranarsa, bələd olduğunuz çevrəni seçin.
Günün ikinci yarısında dostlarla görüş uzunmüddətli, perspektiv
planlardan birinin əsasını qoya bilər. Dəyişikliklərdən xəbər verən
məqamlara diqqət yetirin.
Alış-veriş etmək olar.
Axşam saatlarını xoş məclisdə keçirin.
Dolça - İşdə rəhbəriliklə söhbət və problemlərin
müzakirəsi üçün əlverişli vaxtdır. Qarşılıqlı maraqlarınızın olduğu
insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə
çalışmayın.
Gərginlikdən tam qurtulmaq mümkün deyil. Problemli situasiyanın
çözülməsi maraqlarınıza cavab verir.
Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin.
Emosiyaların qərarlarınıza diqtəsinə imkan verməyin.
Uzaqgörən və soyuqqanlı olun.
Çətin məsələlərin həllində mütərəqqi metodlardan istifadə edin.
Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amillər olmalıdır.
Balıqlar - Yaşam arealınızın genişləndirilməsinə
ehtiyac duyulur. Yaranan imkanlardan faydalanın. Səfər və ya
ezamiyyət rutin hisslərdən qurtulmağınıza yardım edə bilər.
Mühüm əhəmiyyət daşıyan mövzuları inkişaf etdirin. Uzaqdakı
tərəfdaş və ya qohumla söhbət zamanı dilə gətirilən önəmli məqam
potensialınızın izharına təkan verəcək.
Hansısa önəmli tapşırığın və ya sifarişin öhdəsindən gələ
bilmirsinizsə, dayağa və yardıma ehtiyacınız var. Yaxşı
bacardığınız işi görün.
Yaradıcılıq fəaliyyəti üçün obyekt arayın. Hələlik öhdəsindən gələ
bilmədiyiniz işə çox fikir verməyin (Milli.Az)
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA